Valyuta.com

Operativ Qərargahın brifinqi keçirildi

Operativ Qərargahın brifinqi keçirildi

Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 24-də keçirilmiş növbəti brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak ediblər.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xəstələrin müalicəsini daim nəzarət altında saxladıqlarını vurğulayan TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dünya və ölkə üzrə ümumi məlumatları diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə diaqnostik müayinələr davam etdirilir. Virusun müəyyən olunması üçün bütün avadanlıqlar mövcuddur. Hazırda 18 laboratoriyanın fəaliyyəti tam təmin edilib. Ötən müddətdə COVID-19 üzrə 115 minə yaxın test aparılıb. Hər bir milyon əhaliyə düşən testlərin sayı 10 674 olub ki, bu rəqəmə görə də ölkəmiz ön sırada olan ölkələrdəndir. Heydər Əliyev Fondunun dəstəyi ilə istifadəyə verilən müasir PZR laboratoriyaları diaqnostika imkanlarını genişləndirir. Aprelin 20-də Şəkidə laboratoriya fəaliyyətə başlayıb. Aprelin 27-də isə Sumqayıtda belə laboratoriya işə düşəcək: “Özəl sektor bu sahədə bizə çox yaxın dəstək göstərir. Bu laboratoriyaların ölkəmizə gətirilib quraşdırılmasında "Paşa Holdinq"in böyük dəstəyi var. İngiltərədə istehsal olunan reaktivlərlə analiz apardığımız üçün testlərin nəticələrindən əminik”. O vurğulayıb ki, tibbi təchizat baxımından ölkədə heç bir dərman və ləvazimatla bağlı qıtlıq yoxdur.
Səhiyyə nazirinin müavini Viktor Qasımov isə bildirib ki, Azərbaycanda epidemioloji gərginlik hələ davam etsə də, karantin rejimi vəziyyəti nəzarətdə saxlamağa imkan verir. O qeyd edib ki, ölkədə hələ də koronavirus infeksiyasının yayılması prosesi gedir, yeni xəstələr aşkarlanır. Bu vəziyyət onu göstərir ki, martın sonu və aprelin əvvəlində bu virusa yoluxanların sayında artım olub. Karantin rejiminin tətbiqi ilə vəziyyət nəzarətə götürülüb. Xəstələr vaxtında nəzarətə alınmasaydı, rejim tətbiq edilməsəydi, çox ağır vəziyyət yaşana bilərdi. Amma ciddi karantin tədbirləri ölkəmiz üçün əhəmiyyətli oldu. Dövlət üzərinə düşən bütün tədbirləri gördü. Vətəndaşlar qaydalara maksimum riayət etsələr, biz bu xəstəlikdən qurtula bilərik. Ancaq karantin rejimi yumşaldıqdan sonra yoluxma halları artarsa, rejim yenidən sərtləşdirilə bilər.
Viktor Qasımov bildirib ki, epidemioloji vəziyyətin nəzarətdə saxlanması diaqnostik imkanlar, testləşdirmə və xəstəliyin vaxtında aşkarlanması sayəsində mümkün olub: “Son iki həftə ərzində sağalanların sayı artıb. Bu günə qədər xəstələrin, demək olar ki, 64 faizi sağalıb”.
Nazir müavini məlumat verib ki, ölkəmizdə bəzi regionlar artıq koronavirusdan təmizlənib. Virusun qeydə alındığı ərazilərin 25 faizində fəal risk ocaqları ləğv edilib. Əvvəllər virus aşkar edilən 12 rayonda bu xəstəliyə yoluxma artıq yoxdur. Qeyd edib ki, rejimlə müəyyənləşən davranış qaydalarına, əsasən sosial izolyasiyaya, şəxsi gigiyenaya riayət edilsə, nailiyyətlərimiz daha çox olacaq.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da deyib ki, ölkəmizdə koronavirusla bağlı müsbət dinamika görülən tədbirlərin öz bəhrəsini verdiyini göstərir: “Hər gün 4-6 min test aparsaq da, yoluxma faktlarının azalması qeydə alınır. Bu faktlar 3,5 faizdən 0,5-1 faizə qədər enib”. Onun sözlərinə görə, yoluxanlar arasında 50-59 yaşlı vətəndaşlar üstünlük təşkil edir. Yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir: “Yoluxma hallarının 52,1 faizi paytaxtda qeydə alınıb. Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarında əhalinin sıxlığı ilə əlaqədar yoluxma hallarına digərlərinə nisbətən daha çox rast gəlinir. Xaricdən idxal olunma halları 13,16 faizə bərabərdir. Naxçıvan Muxtar Respublikasında isə yoluxma halları 0,27 faiz təşkil edir”. O, ölüm hallarının daha çox 60-69 yaş qrupunda müşahidə edildiyini bildirib.
Tibb işçlərinin yoluxması ilə bağlı suala cavab olaraq Səhiyyə nazirinin müavini Viktor Qasımov qeyd edib ki, ölkəmizdə koronavirusa yoluxanlar arasında 300 nəfərə yaxın tibb işçisi var. Onların çoxu artıq sağalıb. Tibb işçiləri arasında vəziyyəti ağır xəstə yoxdur.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova