Valyuta.com

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Nazirlər Kabineti yanında Operativ Qərargah 31 mart 2020-ci il tarixinə dünyada və Azərbaycanda yeni koronavirus infeksiyası ilə bağlı vəziyyətə dair məlumat yayıb.
Məlumatda bildirilir ki, koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir.
Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, qısa müddətdə infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb.
Ümumdünya Səhiyyə Təşkilatının 31 mart 2020-ci il tarixinə olan məlumata görə, dünyanın 204 ölkəsində 697 244 nəfər koronavirusa yoluxub və xəstəlikdən 33 257 nəfər vəfat edib. Xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, avia reysləri təxirə salır.
31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında koronavirus infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 298 nəfər olub, onlardan 26 nəfəri sağalıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 267 nəfərdir, onlardan 15 pasiyentin vəziyyəti orta ağır, 11 nəfərinki isə ağırdır. Koronavirusa yoluxmuşlar arasında 5 ölüm faktı qeydə alınıb.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə çağırırıq. Əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.
Qeyd: Qəzetdəki digər materiallarda dünyada və Azərbaycanda COVID-19 virusuna yoluxanların və xəstələrin sayı ilə bağlı verilən rəqəmlər həmin məqama olan vəziyyəti əks etdirir.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova