Valyuta.com

Səhiyyə Nazirliyi koronavirus əleyhinə zəruri tədbirlər görür

Səhiyyə Nazirliyi koronavirus əleyhinə zəruri tədbirlər görür

Azərbaycanda koronavirusun diaqnostikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılır. Virusa yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılır.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, COVİD-19 koronavirus epidemiyasının diaqnostik alətlər dəsti (testlər) Azərbaycana gətirilib və müvafiq tibb müəssisəsinə verilib. Alətlər dəstinin ölkəyə gətirilməsini Ümumdünya Səhiyyə Təşkilatı təşkil edib.
Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyevin “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrinə əsasən, tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası məqsədilə xüsusi palatalar ayrılması və təchiz olunması üçün müvafiq tapşırıqlar verilib.
Virusa yoluxması ehtimal edilən şəxslərin karantin altına alınması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq İnfeksion Xəstəxanası ayrılıb.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında isə deyilir ki, İranla sərhədyanı rayonlardakı Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında infeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti müvafiq avadanlıq və preparatlarla tam təchiz olunub. Eyni zamanda, sərhəddəki tibb məntəqələri də gücləndirilmiş iş rejimində çalışır.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova