Valyuta.com

Məşğulluq Strategiyası üzrə Tədbirlər Planı qəbul olundu

Məşğulluq Strategiyası üzrə Tədbirlər Planı qəbul olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sənədə əsasən, yeni qəbul olunan Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi və işlərin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Bu Sərəncamla təsdiq edilən Tədbirlər Planında Səhiyyə Nazirliyinə aid olan maddələr də var. Belə ki, “Əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi” adlanan birinci bölmənin 1.8-ci bəndində beynəlxalq əmək standartlarına uyğun olaraq qadınların əməyinin tətbiqi qadağan olunan iş yerlərinin siyahısının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq nəzərdə tutulur. Əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olan bu işə İqtisadiyyat və Səhiyyə Nazirlikləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da cəlb ediləcək. 2020-2021-ci illər ərzində müvafiq normativ hüquqi aktların layihələrinin təqdim olunması planlaşdırılır.
Həmin bölmənin 1.15-ci bəndi əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial reabilitasiyasının gücləndirilməsinə həsr olunub. Bu məqsədlə regionlarda əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. 2021-2025-ci illərdə bir yeni Peşə-Əmək Reabilitasiya Mərkəzinin yaradılması əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, digər icraçılar olaraq Səhiyyə Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.
Tədbirlər Planının “Aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi” adlanan 3-cü bölməsində 3.11-ci bənd sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin, xüsusilə gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması üçün peşə hazırlığı kurslarının səmərəliliyinin artırılmasını, bu sahədə mütərəqqi təhsil metodlarından istifadə etməklə səriştəyönümlü modul təlimin tətbiqinin genişləndirilməsini nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, Təhsil və Səhiyyə Nazirlikləri üzərinə də müəyyən öhdəliklər qoyan bu bəndin icrası məqsədi ilə 2020-2025-ci illərdə hər il ən azı 2500 nəfərin təlimlərə cəlb edilməsi, o cümlədən 1500 nəfərin modul proqramlar əsasında təlimləndirilməsi planlaşdırılır.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova