Valyuta.com

Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər müzakirə edilib

Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Çin Xalq Respublikasının (ÇXR) Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər görülməsi üçün müşavirə keçirilib.
Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə aidiyyətli dövlət qurumlarının rəhbərləri iştirak ediblər.
Toplantıda epidemiyanın Azərbaycana daxil olmasının qarşısını almaq məqsədilə müzakirələr aparılıb.
Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi haqda qərar qəbul edilib. O cümlədən sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi, ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi tapşırılıb. Həmçinin səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması, virus və onunla mübarizə metodları haqqında əhali ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi də nəzərdə tutulub.
Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir. O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.
Müşavirədə Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi və aidiyyətli qurumların iştirakı ilə İşçi Qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib.
Tədbirlər planlaşdırılarkən Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələri nəzərə alınıb.
Qeyd olunub ki, Azərbaycanın ÇXR-dəki səfirliyi və Çinin ölkəmizdəki səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi bu ölkənin dövlət qurumları və Çində olan vətəndaşlarımızla daimi təmasdadır.шаблоны для dle 11.2





]Yanvar2020

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova