Valyuta.com

Nazirlər Kabineti dərman vasitələri ilə bağlı iki sənəd qəbul etdi

Nazirlər Kabineti dərman vasitələri ilə bağlı iki sənəd qəbul etdi

Nazirlər Kabineti "Dərman vasitələrinin farmakonəzarət Qaydası"nı təsdiqləyib.
Bu sənəd əhalinin daha təhlükəsiz və effektli dərman vasitələri ilə təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.
Farmakonəzarətin təşkili dərman vasitələrinin əlavə təsirlərinin izlənməsinə, qeydiyyata alınmasına, qiymətləndirilməsinə, müvafiq tədqiqatların aparılmasına və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmlərini tənzimləyəcək. Eyni zamanda, sənəddə dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsində və aşkarlanmasında tibb işçiləri və dərman şirkətlərinin məsuliyyət və vəzifələri də müəyyən edilib.
Qəbul olunmuş Qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələrinə, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və onun müvəkkil etdiyi şəxslərə şamil olunur.
Dərman vasitələrinin farmakonəzarət qaydasının qəbul edilməsi ölkəmizdə farmakonəzarət sisteminin qurulmasına və inkişafına imkan verəcək, dərman dövriyyəsinin bütün iştirakçılarının məsuliyyətini artıracaq, əhalinin təhlükəsiz və keyfiyyətli dərman vasitələri ilə təmin edilməsi üçün zəmin yaradacaq.
Nazirlər Kabineti həmçinin “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nı təsdiqləyib.
Dərman vasitələrinin dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanmış bu sənəd ölkə ərazisinə idxalı zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında dərman vasitələrinin ekspertizasının aparılmasının icra mexanizmini tənzimləyir.
Dərman vasitələrinin ekspertizasının aparılması qaydasının qeydiyyat qaydalarından ayrılıqda müəyyən olunması bu sahədəki qeyri-müəyyənliyi aradan qaldıracaq. Preparatların keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin müəyyən edilməsi məqsədilə onların ekspertizasının aparılması bu sahədə mövcud olan problemləri aradan qaldırmağa imkan yaradacaq və əhalinin sağlamlığının mühafizəsinə xidmət edəcək.шаблоны для dle 11.2





Daha çox

]Dekabr2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova