Valyuta.com

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzində aparılan əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, mərkəzin yeni korpusunun açılışında iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində yaşayan və müalicə alan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılmış şəraitlə maraqlanıb.
Məlumat verilib ki, uşaqların müayinə və müalicəsi üçün geniş və müasir mərkəzin yaradılmasının zəruri olduğunu nəzərə alaraq, 2009-cu ildə Heydər Əliyev Fondu Bakı şəhərində Uşaq Psixonevroloji Mərkəzi inşa etdirib. Fondun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq Mərkəzdə uşaqlara baş çəkirlər.
Mərkəzdə əsasən autizm, serebral iflic, əqli gerilik və ləngimələrdən əziyyət çəkən uşaqlar müalicə olunurlar. 2015-ci ildə təmir edilən bina bu il Heydər Əliyev Fondu tərəfindən yenidən əsaslı təmir olunub və əlavə 2 mərtəbəli yeni korpus inşa edilib. Yüz çarpayılıq Mərkəzdə 100-ə yaxın uşaq tibbi xidmətlərdən yararlanır. Valideyn himayəsindən məhrum olan 24 uşaq isə stasionar şəraitdə Uşaq evi şöbəsində müalicə alır.
Uşaq Psixonevroloji Mərkəzinin yeni inşa edilən korpusu ilə tanışlıqdan sonra Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva burada müalicə alan uşaqlarla birgə qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarını qeyd ediblər.
Uşaqların iştirakı ilə Yeni ilə həsr edilən səhnəcik təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.шаблоны для dle 11.2





]Dekabr2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova