Valyuta.com

Səhiyyə qanunvericiliyinə dəyişikliklər olundu

Səhiyyə qanunvericiliyinə dəyişikliklər olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Dəyişikliklərə əsasən, Qanunun 1.0.1-ci maddəsindən “baza və əlavə hissələrdən ibarət olmaqla” sözləri çıxarılıb, 1-ci maddədə “sığortalı”, “sığortaolunan”, “sığorta ödənişi”, “sığorta hadisəsi”, “tibbi ərazi bölməsi” anlayışları yeni redaktədə verilib, “müştərək maliyyələşmə məbləği”, “tibb müəssisəsi” əsas anlayışlarının şərhi əlavə olunub.
Qanunun “İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar” adlanan 15-2-ci, “İcbari tibbi sığorta üzrə sığorta haqları” adlanan 15-10-cu, “İcbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim olunması” adlanan 15-11-ci, “İcbari tibbi sığorta şəhadətnaməsi” adlanan 15-13-cü, “Müştərək maliyyələşmə məbləği” adlı 15-18-ci, “Gözləmə müddəti” adlı 15-29-cu maddələri yeni redaksiyada verilib.
Qanuna aşağıdakı məzmunda 16-4-cü maddə əlavə edilib:
“Maddə 16-4. Keçid müddəaları
16-4.1. İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunur.
16-4.2. Bu Qanunun 16-4.1-ci maddəsinə əsasən müəyyən edilmiş mərhələlərə uyğun olaraq, bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
16-4.3. Bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu maddənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir.
16-4.4. Bu Qanunun 15-9.1.6-cı, 15-10.1.2-ci, 15-10.1.3-cü, 15-10.1.4-cü, 15-10.1.6-cı, 15-17.2.3-cü, 15-18-ci maddələri, habelə müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri 2020-ci il aprelin 1-dən qüvvəyə minir.
16-4.5. Bu Qanunun 15-10.1.5-ci maddəsi 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
16-4.6. Bu Qanun (16-4.4-cü və 16-4.5-ci maddələrdə nəzərdə tutulan maddələr istisna olmaqla) 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.”.
Yeni qanuna əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra digər əlavələr və dəyişikliklər də olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman da imzalayıb.
Yeni sənəddə Qanunun müxtəlif maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən orqan (qurum), o cümlədən Azərbaycan Respublikasının Prezidentinin, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzərdə tutulduğu müəyyən edilir.
Fərmanda Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə “Tibbi sığorta haqqında” Qanunun tətbiqi ilə bağlı göstərişlər verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərman da verib.шаблоны для dle 11.2





]Dekabr2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova