Valyuta.com

Mehriban Əliyeva autizm sindromlu uşaqların reabilitasiya mərkəzində olub

Mehriban Əliyeva autizm sindromlu uşaqların reabilitasiya mərkəzində olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Nərimanov rayonunda, “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib. Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərən bu mərkəzdə Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla görüşüb, onların yaşayış şəraiti, göstərilən sosial və reabilitasiya yönümlü xidmətlərlə tanış olub.
İctimai Birliyin sədri Aytən Eynalova məlumat verib ki, burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçmiş mütəxəssislər məşğul olurlar.
“Birgə və Sağlam” İctimai Birliyi Azərbaycanda autizmspektr pozuntuları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən təşkilatın məqsədi autizmspektr pozuntuları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir. Qeyd olunub ki, hazırda Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır.
Autizmli uşaqlar öz istedadlarını nümayiş etdiriblər.
Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov da öz məharətini göstərib.
Uşaqlar Birinci vitse-prezidentə əl işlərindən ibarət hədiyyələr təqdim ediblər.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova