Valyuta.com

Azərbaycan Qlobal Fondun donor cəmiyyətinə töhfə verir

Azərbaycan Qlobal Fondun donor cəmiyyətinə töhfə verir

Fransanın Lion şəhərində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun fəaliyyətini maliyyələşdirmək və 2030-cu ilədək bu epidemiyalara son qoymaq məqsədi ilə Fondun VI konfransı keçirilib. Hədəf zəruri çağırışlara cavab vermək üçün 14 milyard dollar toplamaqdır.
Azərbaycan Respublikasının Qlobal Fond ilə tərəfdaşlığı çərçivəsində donor olaraq fonda töhfə verməsi tədbirdə xüsusi vurğulanıb.
Konfransın işində 700 nümayəndə, o cümlədən 10 dövlət və hökumət başçısı iştirak edib.
Ölkəmizi toplantıda Azərbaycan Səhiyyə nazirinin müavini Elsevər Ağayevin başçılığı ilə nümayəndə heyəti təmsil edib. Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev də konfransda iştirak edib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond ilə əməkdaşlığı 2005-ci ildə başlayıb və ilk dövrdə insanın immun çatışmazlığı virusu infeksiyasına qarşı fəaliyyəti əhatə edib. Sonralar vərəm və malyariya xəstəlikləri ilə mübarizə sahəsində layihələrlə əməkdaşlıq daha da genişləndirilib.
Bu fikirləri Səhiyyə nazirinin müavini Elsevər Ağayev Qlobal Fondun VI konfransındakı çıxışında söyləyib.
Nazir müavini bildirib ki, xarici donorların, beynəlxalq təşkilatların tərəfdaşlığı, yüksək siyasi iradə və tibb ictimaiyyətinin səfərbərliyi müəyyən müsbət nəticələr verib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu xəstəliklərlə bağlı preventiv strategiyası bu epidemiyalara yoluxma və onlardan ölüm hallarını azaldıb.
Ölkəmizdə hökumət proqramları ilə əlaqələndirilən Qlobal Fondun layihələrinin uğurla həyata keçirilməsi nəticəsində son 5 ildə daha malyariya xəstəliyinə rast gəlinmir. Bununla bağlı malyariyadan azad ölkə statusu üçün ÜST-nin sertifikatını almaq proseduruna başlanılıb.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycanda son on il ərzində QİÇS, vərəm və malyariyaya qarşı mübarizədə əldə olunan uğurlardan söz açıb. Qlobal Fondun maliyyə davamlılığı və birgə maliyyələşdirmə siyasətinə əsasən, hər il bu xəstəliklərlə mübarizə üçün dövlət büdcəsindən ayrılan vəsait vaxtaşırı artırılır. Hökumətin və Səhiyyə Nazirliyinin müvafiq normativ bazası qurulub və ÜST tövsiyələrinə uyğun olaraq daim təkmilləşdirilir.
Sosialyönümlü və iqtisadi cəhətdən inkişaf etmiş ölkəmiz bugünkü donor konfransında iştirak etməklə Qlobal Fond ilə tərəfdaşlığında yeni səhifə açaraq, donor cəmiyyətinə töhfə vermək üçün ilk addımlarını atır.
“Ümid edirik ki, güclü və dayanıqlı səhiyyə sistemlərinin qurulmasına və Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bundan sonra da Qlobal Fond ilə birlikdə çalışacağıq”,- deyə Elsevər Ağayev diqqətə çatdırıb.
Qeyd edək ki, 3 il əvvəl Qlobal Fondun yenidən maliyyələşdirilməsi məqsədilə 12,2 milyard dollar toplanılıb. İki həftə əvvəl Fransa Prezidenti E.Makron BMT Baş Assambleyasında çıxışı zamanı 14 milyard dollara ehtiyac olduğunu diqqətə çatdırıb. Bu məbləğ cari ilin yanvar ayında Qlobal Fond tərəfindən müəyyən edilib. Bunun qarşıdan gələn 10 il müddətində dünya səhiyyəsi üçün təhlükə yaradan bu 3 yoluxucu xəstəliklə mübarizə üzrə məqsədlərə çatmaq üçün minimum məbləğ olduğu qeyd edilib. Ancaq bir çox QHT-lər bu məbləğin qaneedici olmadığını, əslində 16-18 milyard dollara ehtiyac olduğunu bildiriblər.
2002-ci ildə yaradılan Qlobal Fond dövlətlər arasında tərəfdaşlıq platformasıdır. Yarandığı dövrdən bu günədək onun fəaliyyəti sayəsində 32 milyon insanın həyatının xilas edildiyi bildirilir.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova