Valyuta.com

Bakıda XIX Beynəlxalq Gənclər Forumu

Bakıda XIX Beynəlxalq Gənclər Forumu

“Azərbaycan gəncləri humanizm prinsipləri ilə yaşayır, öz qanlarını ehtiyacı olanlardan əsirgəmirlər”. Bunu Bakı Konqres Mərkəzində XIX Beynəlxalq Gənclər Forumunun açılış mərasimində Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
“Alovu paylaş, həyat xilas et” devizi altında keçirilən forumda çıxış edən Səhiyyə nazirinin müavini bu tədbirin ölkəmizdə ilk dəfə təşkil edildiyini və humanist mövzuya həsr olunduğunu bildirib. Elsevər Ağayev Azərbaycanda qan donorluğu sahəsində qəbul olunan qanunvericilik aktları, dövlət proqramları haqqında məlumat verib, ölkəmizdə qan donorluğu sahəsində əldə olunan nailiyyətlərdən danışıb.
Nazir müavini həmçinin qeyd edib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən etibarən “Talassemiyasız həyat naminə” layihəsi həyata keçirilməyə başlandı. Müxtəlif ölkələrdən mütəxəssislər dəvət olundu, irsi qan xəstəliklərinə dair dövlət proqramı hazırlandı. Layihə cəmiyyət tərəfindən çox müsbət qarşılandı. 2005-ci ildə emal olunan donor qanının miqdarı 10 tona yaxın idisə, ötən il bu rəqəm təxminən 4,5 dəfə artaraq, 44 ton olub. Toplanan qanın böyük bir hissəsi gənclərin payına düşür. Bu onu göstərir ki, Azərbaycan gəncləri humanizm prinsipləri ilə yaşayır, öz qanlarını ehtiyacı olanlardan əsirgəmirlər”.
Açılış mərasimində Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclərin sağlamlığına xüsusi diqqət yetirildiyini, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında qan donorluğunun təbliği və təşviqinə yer ayrıldığını diqqətə çatdırıblar. Onlar gənclər arasında belə qanvermə aksiyalarının keçirildiyini vurğulayıblar.
BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İshaqzai, Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının icraçı direktoru Sayah Abdelmalik, Beynəlxalq Gənclər Komitəsinin sədri Abdo Saad forumun dünyada könüllü, təmənnasız qan donorluğunun inkişafına öz töhfəsini verəcəyinə əminliklərini vurğulayıblar.
Tədbir məruzələrlə davam etdirilib.
Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədovun “Qan donorluğunun inkişafı sahəsində Azərbaycan təcrübəsi”, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadənin “Qan donorluğu ictimai səhiyyənin əsas istiqamətlərindən biri kimi”, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərovun “Qan donorluğunun inkişafında könüllülüyün rolu” mövzularında məruzələri dinlənilib.
Sonra Azərbaycanda könüllü qan donorluğunun təbliğat və təşviqat işlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Yekunda forumda iştirak edən ölkə nümayəndəliklərinin təqdimatları olub və könüllü donorluğun inkişafına töhfə verənlərə təşəkkürnamələr təqdim edilib. B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva və “Qan Donorları Assosiasiyası”nın sədri Fuad Əsgərov könüllü qan donorluğunun inkişafında göstərdiyi xidmətlərə görə Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının mükafatları ilə təltif ediliblər.
Forumun 3-cü günü iştirakçılar yerli və xarici ekspertlərlə bərabər B.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının fəaliyyəti ilə yaxından tanış olublar.
Tədbirin son günündə XIX Beynəlxalq Gənclər Forumunun növbəti 3 illik idarə heyətinin seçkisi keçirilib. “Qan Donorları Assosiasiyası”nın xarici əlaqələr üzrə rəhbəri Nərmin Rəhimova növbəti 3 il üçün Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən XIX Beynəlxalq Gənclər Forumunun əsas məqsədi Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək, gəncləri bu humanist, xeyirxah işə həvəsləndirmək idi. Beş gün davam edən Forumda 30-dan çox ölkədən nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının və Beynəlxalq Gənclər Komitəsinin rəhbər şəxsləri iştirak ediblər.шаблоны для dle 11.2





AVQUST2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova