Valyuta.com

Səhiyyə naziri Oqtay Şirəliyev Oğuzda iki rayonun sakinlərini qəbul etdi

Səhiyyə naziri Oqtay Şirəliyev Oğuzda iki rayonun sakinlərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günlərinin təşkili davam edir. Bu görüşlərdə vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların həlli istiqamətində tədbirlər görülür.
Tərtib edilmiş cədvələ uyğun olaraq, Səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Oğuz Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib, onların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həll edilib, digərlərinin həlli ilə bağlı göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Eyni gündə Səhiyyə nazirinin müavinləri Nigar Əliyeva və Rahim Əliyevin də vətəndaşlarla görüşləri keçirilib. Nazir müavini Nigar Əliyeva Şəki Mərkəzi Rayon Xəstəxanasında Şəki və Qax rayon sakinlərini, nazir müavini Rahim Əliyev isə Zaqatala Diaqnostika Mərkəzində Zaqatala və Balakən rayon sakinlərini qəbul edib. Vətəndaşların müraciətləri, şikayət, təklif və fikirləri ilə bağlı lazımi tədbirlər görülüb.шаблоны для dle 11.2





AVQUST2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova