Valyuta.com

Ahılların sağlamlığı hər zaman diqqət mərkəzindədir

Ahılların sağlamlığı hər zaman diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olublar.
Öz ad gününü ahıllarla keçirən Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə burada sağlamlığı məhdud insanların yaşayışı ilə maraqlanıb, onlarla söhbət edib.
Müəssisə sakinləri ilə görüşdə ahıl insanlar dövlətin onlara diqqət və qayğısından razılıqlarını bildiriblər, rahat yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar. Qeyd olunub ki, müəssisənin sakinləri arasında yaradıcı insanlar, müxtəlif sənət sahibləri var. Burada yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün mütəmadi olaraq konsertlər, bayram şənlikləri təşkil olunur.
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 235 nəfər yaşayır.
Azərbaycan dövləti tərəfindən yaşlı nəslə xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz onların ən böyük himayəçisidir. Ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə ölkəmizdə davamlı tədbirlər həyata keçirilir. İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban Əliyevanın yaşlıları, uşaqları, müalicəyə və qayğıya ehtiyacı olan insanları diqqətdə saxlaması, öz əziz gününü onlarla birlikdə keçirməsi bir daha onu göstərir ki, həkimlik sənətinin mahiyyətini təşkil edən mərhəmət və insansevərlik onun təbiətinin və fəaliyyətinin qayəsidir.шаблоны для dle 11.2





AVQUST2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova