Valyuta.com

Boy hormonu çatışmazlığı olan uşaqlarla bağlı proqram hazırlanır

Boy hormonu çatışmazlığı olan uşaqlarla bağlı proqram hazırlanır
Səhiyyə Nazirliyi və Respublika Endokrinoloji Mərkəzi böyümə hormonu (somatotrop hormon) çatışmazlığı olan uşaqlarla bağlı proqram üzərində işləyir.
Bu barədə mətbuata məlumat verən Respublika Endokrinloji Mərkəzinin həkim-endokrinoloqu Nərmin İsmayılova bildirib ki, hazırda üzərində iş gedən proqram təsdiqlənəcəyi təqdirdə boy hormonu çatışmazlığı olan uşaqlar pulsuz dərmanla təmin edilə bilərlər: “Burada məqsəd 14 yaşına qədər boy hormonu çatışmazlığı olan uşaqların dərman müalicəsi ala bilməsidir. Bu hormonun qiyməti baha olduğuna görə, hazırda bütün uşaqların təmin olunması problemi var”.
N.İsmayılovanın sözlərinə görə, belə problemi olan uşaqların dövlət proqramı əsasında müalicəyə cəlb olunması üçün onlar pediatr-endokrinoloq tərəfindən yoxlanılmalı, onlara somatotrop hormon çatışmazlığı diaqnozu qoyulmalı və qeydiyyata alınmalıdırlar: “Ona görə yalnız 14 yaşa qədər uşaqlar seçilirlər ki, böyümə zonası açıq və verilən boy hormonunun təsiri olsun. Bu yaşdan sonra isə böyümə zonası bağlanılır. Yəni 16 yaşında artıq böyümə zonası bağlanmış olduğu üçün o hormonu qəbul etməyin təsiri olmur”.
Həkim-endokrinoloq bildirib ki, hər qısa boyluluq boy hormonu çatışmazlığı demək deyil: “Fizioloji cəhətdən düzgün qidalanmayan uşaqlar var ki, onların boyları normadan aşağı olur. Həmçinin uşağın boyunun qısalığı genetik amillə - valideynlərin balaca boyluluğu ilə, yaxud digər genetik xəstəliklərlə bağlı ola bilər”.
Respublika Endokrinloji Mərkəzinin həkim-endokrinoloqu qeyd edib ki, son 6 ayda somatotrop hormon çatışmazlığı diaqnozu qoyulmuş və boy hormonuna ehtiyacı olan 125 uşaq nəzarətə götürülüb.шаблоны для dle 11.2





IYUL2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova