Valyuta.com

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda uşaqların müalicə olunduğu bir sıra səhiyyə ocaqlarında olub.
Öncə Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna gələn vitse-prezident burada uşaqların müalicə prosesi ilə maraqlanıb.
İnstitutun direktoru Nəsib Quliyev məlumat verib ki, Azərbaycanda ilk yaradılmış şəfa ocaqlarından olan, bir əsrə yaxın vaxt ərzində ana və uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edən bu elmi-tibbi müəssisədə hazırda 8 klinik şöbə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir. Azərbaycanın tibb müəssisələri üçün yüksəkixtisaslı mütəxəssislərin və elmi işçilərin hazırlandığı institutda həkim-mütəxəssislər və həkim-rezidentlər üçün mühazirələr də təşkil olunur. Burada təcrübə keçən həkim-rezidentlər ayda bir dəfə pediatriyanın müxtəlif mövzularında təqdimatlarla çıxış edirlər. Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsi ölkə üzrə reanimatoloji-neonatoloji mərkəz funksiyasını yerinə yetirir. Tibb müəssisəsi dünyanın aparıcı pediatrik səhiyyə müəssisələri ilə sıx əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır. Son illər ərzində hər il institutun bölmələrində 30 mindən çox uşağa tibbi xidmət göstərilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə alan uşaqlar və onların valideynləri ilə görüşüb, balacalara hədiyyələr təqdim edib. Leyla Əliyeva kollektivə uğurlar arzulayıb, burada müalicə olunanlara şəfa diləyib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına da gəlib, burada müxtəlif şöbələrdə müalicə olunan uşaqlarla görüşüb, onların səhhəti ilə maraqlanıb, valideynləri ilə söhbət edib. O, balacalara tezliklə sağalmaq arzulayıb, onlara hədiyyələr bağışlayıb.
L.Əliyeva Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində də oldu. Burada müalicə alan uşaqlar və onların reabilitasiya prosesi haqqında Leyla xanıma ətraflı məlumat verildi. Mərkəzdə müalicə olunan uşaqlarla görüşən, onları müxtəlif hədiyyələrlə sevindirən Leyla Əliyeva kollektivə uğurlar arzuladı, xəstələrə şəfa dilədi.
Heydər Əliyev Fondunun vitse-prezidenti sonra B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna gəldi. Leyla xanıma İnstitutun fəaliyyəti və burada aparılan müalicə prosesi barədə məlumat verildi. Ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi olan bu müalicə ocağında xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunduğu bildirildi. Leyla Əliyeva bu səhiyyə müəssisəsində tətbiq edilən distant təhsil layihəsi ilə də tanış oldu.
İnstitutun direktoru Zöhrə Əlimirzəyeva Leyla xanımın Hematologiya və Transfuziologiya İnstitutuna gəlişinin artıq ənənəyə çevrildiyini dedi: “Leyla xanım uşaqları çox sevir, hər gəlişində leykozlu xəstələrin müalicəsi, problemləri, təhsili ilə maraqlanır. Leykemiyalı uşaqların müalicəsi 2-3 il davam edir. İl ərzində xüsusi qayğıya ehtiyacı olan hər uşaq bir neçə dəfə müalicə oluna bilər. Onlar ağır polikimyəvi terapiya kursları alırlar. Xəstələrin stasionar və ambulator müalicəsi kompleks şəkildə, plana uyğun aparılır. Bu dövrdə uşaqlar məktəbə gedə bilmirlər, müəyyən müddət təhsildən yayınırlar, aktiv həyatdan kənarda qalırlar. Bu da uşaqların, onların valideynlərinin psixoloji durumuna mənfi təsir göstərir. Sevindirici haldır ki, bu məsələ Leyla xanımın diqqətindən yayınmadı. Bu gün ölkədə ilk dəfə olaraq Leyla Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi, Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan, hematoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün distant təhsil mərkəzi açılır”.
Z.Əlimirzəyeva bu layihənin həyata keçirilməsi nəticəsində Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə olunan xəstə uşaqların həmin dövrdə təhsildən yayınmalarının qarşısının alınacağını, fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnun, cəmiyyətə inteqrasiyasının, sosial həyata tam adaptasiyasının təmin ediləcəyini diqqətə çatdırdı. Direktor həmçinin onların sosial həyatdan, ünsiyyətdən təcrid olunmayacaqlarını, dostları, qohumları ilə internet vasitəsilə virtual əlaqə saxlayacaqlarını, ölkəmizdə və dünyada baş verən hadisələrdən xəbər tutacaqlarını, istədikləri vaxt psixoloq köməyindən istifadə edərək, psixoloji gərginlikdən xilas olacaqlarını vurğuladı: “İnanıram ki, bu layihə zaman keçdikcə öz bəhrəsini verəcək. Biz xəstə uşaqların valideynləri və İnstitutumuzun kollektivi adından Leyla xanıma öz dərin təşəkkürümüzü bildirir, bu xeyirxah işdə ona uğurlar arzulayırıq”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan ayrıldıqdan sonra Talassemiya Mərkəzinə gəldi. Burada bildirildi ki, Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı çox mühüm tədbirlər görür, bu istiqamətdə ixtisaslaşmış peşəkar kadrların yetişməsi üçün zəruri proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzi bu xəstəlikdən əziyyət çəkən insanların şəfa ocağına çevrilib. Elə mərkəzin yaradılmasında da əsas məqsəd ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə, eləcə də tibbi xidmətlə təmin olunmasıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə olunan uşaqlarla görüşdü, onların səhhəti ilə maraqlandı.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





IYUL2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova