Valyuta.com

Narkomanlığa qarşı mübarizə üzrə yeni Dövlət Proqramı qəbul edildi

Narkomanlığa qarşı mübarizə üzrə yeni Dövlət Proqramı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılıb.
Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında bir sıra bəndlərin icrası Səhiyyə Nazirliyinə həvalə olunub.
O cümlədən, təşkilati tədbirlərdən narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, narkoloq və tibbi psixoloqların, narkoloji müalicə müəssisələrinin sayının artırılması, reabilitasiya mərkəzlərinin yaradılması Səhiyyə Nazirliyinə tapşırılıb.
Məhkəmə ekspertizası tədqiqatına müxtəlif konsentrasiyalarda çəkməli qarışıqların (siqaret) üzərinə hopdurulmuş şəkildə təqdim olunan psixoaktiv maddələrin kəmiyyət analizlərinin aparılması üçün onların etalon nümunələrinin əldə edilməsi üzrə zəruri tədbirlər görülməsi Səhiyyə Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA); narkotikdən sui-istifadə edənlərin aşkarlanması metodlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparılması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasında istifadə oluna bilən prekursorları idxal, istehsal və istifadə edən müəssisə və elmi tədqiqat laboratoriyalarının müvafiq monitorinqi Səhiyyə Nazirliyinə və AMEA-ya; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanuni dövriyyəsinə ciddi nəzarətin təmin edilməsi məqsədilə müvafiq monitorinqlərin aparılması Səhiyyə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna həvalə olunub.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə aidiyyəti qurumların əməkdaşlığının möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətinin təmin edilməsi; belə maddələrin ilkin tədqiqatını və məhkəmə ekspertizasını aparan laboratoriyaların maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlərin görülməsi; onların qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə etməklə, əməkdaşların peşəkarlığının yüksəldilməsi və təcrübə mübadiləsi məqsədi ilə ixtisaslaşdırılmış seminarların, təlimlərin keçirilməsi kimi bəndlərdə isə Səhiyyə Nazirliyi icracılardan biridir.
Tədbirlər planının “Qanunvericiliyin təkmilləşdirilməsi” bölməsində narkoistifadəçilər barədə daha dolğun, aydın və konkret məlumatların əldə olunaraq yığılması üçün müasir tələblərə cavab verən yeni qeydiyyat sisteminin işlənilib hazırlanması bəndinin icraçısı Səhiyyə Nazirliyi təyin edilib. Psixoaktiv maddələrin yeni növlərinin yayılması, onların struktur və formalarının müxtəlifliyi nəzərə alınaraq, dövriyyəsi qadağan edilmiş psixotrop maddələrə dair müvafiq siyahıların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi; bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsi; narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçıların və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılması bəndlərində isə Səhiyyə Nazirliyi icraçılardan biridir.
Beynəlxalq tədbirlərdən narkotik vasitələrin qeyri-tibbi qəbulunun profilaktikası işinin səmərəli təşkili məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, maarifləndirici təlim materiallarının hazırlanması Səhiyyə Nazirliyinə, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna tapşırılıb. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınmasına dair beynəlxalq konfranslarda, seminarlarda və digər tədbirlərdə aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakının təmin edilməsi, eləcə də narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində uğurlu strategiyası olan dövlətlərin təcrübəsi ilə tanış olmaq məqsədilə həmin dövlətlərlə əməkdaşlığın genişləndirilməsi digər qurumlarla yanaşı, Səhiyyə Nazirliyinə də həvalə olunub.
Tədbirlər proqramının “Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə tədbirləri” adlanan bölməsi üzrə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkarlanması, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində tibb müəssisələrinin, ərazi polis qurumlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi və təkmilləşdirilməsi Səhiyyə və Daxili İşlər Nazirliklərinə; narkotik vasitələrin qeyri-tibbi qəbulunun profilaktikası, belə şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, həmçinin bu tədbirləri həyata keçirəcək mütəxəssislərin peşəkarlığının artırılması Səhiyyə, Ədliyyə və Daxili İşlər Nazirliklərinə; narkomanlar, həmçinin QİÇS və digər viruslara yoluxanlar arasında tibbi-gigiyena, təbliğat və maarifləndirmə işinin gücləndirilməsi aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə Səhiyyə və Daxili İşlər Nazirliklərinə; narkomanlığın zərəri barədə zəruri metodiki-tədris vəsaitlərinin hazırlanması və internet resurslarında yerləşdirilməsi Səhiyyə, Daxili İşlər, Təhsil Nazirliklərinə və AMEA-ya həvalə olunub. Həmin bölmə üzrə narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, bu sahədə həyata keçirilən tədbirlər, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılması bəndini Səhiyyə, Daxili İşlər, Gənclər və İdman Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu icra edəcək.
Həmin bölmənin bir sıra digər bəndləri üzrə - Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrdən və psixotrop maddələrdən ibarət olan dərman vasitələri barədə gömrük və sərhəd keçid məntəqələrində elektron, həmçinin yazılı məlumatların yerləşdirilməsi və mütəmadi yenilənməsi; narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə ixtisaslaşmış təlimlərin keçirilməsi; belə maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədilə metodiki tövsiyələrin hazırlanması, onlardan istifadənin təşviqi; narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi; ali, orta ixtisas və peşə təhsili müəssisələrinin, ixtisasartırma və yenidən hazırlanma institutlarının tədris-təlim proqramlarına antinarkomaniya mövzusunun daxil edilməsi, tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi; narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, uşaq birliyi rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllim və şagirdləri üçün seminar-məşğələlərin, profilaktik tədbirlərin həyata keçirilməsi kimi bəndlərdə Səhiyyə Nazirliyi icraçılardan biridir. Müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat aparılması; narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması və bu istiqamətdə mexanizmin təkmilləşdirilməsi, habelə mövcud beynəlxalq təcrübənin tətbiqi bəndləri də digər qurumlarla yanaşı, Səhiyyə Nazirliyinə həvalə olunub.шаблоны для dle 11.2





IYUL2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova