Valyuta.com

Kardiologiya İnstitutunun 40 illiyi qeyd olundu

Kardiologiya İnstitutunun 40 illiyi qeyd olundu

Bakıda Akademik Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun 40 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilib.
Yerli mütəxəssislərlə yanaşı, Gürcüstan, Belarus, Türkiyə, Rusiya və digər ölkələrdən tanınmış kardioloq və kardiocərrahların iştirak etdiyi konfransı İnstitutun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova giriş sözü ilə açaraq bildirib ki, son vaxtlar səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, yeni tibbi texnologiyaların tətbiqinə yönəlmiş tədbirlər həyata keçirilir, tibbi kadrların, o cümlədən kardiologiya və ürək-damar cərrahiyyəsi üzrə mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurlar qazanılıb: “1979-cu ildən fəaliyyət göstərən Elmi Tədqiqat Kardiologiya İnstitutu bu gün – 40 illik yubileyi ərəfəsində – böyük elmi potensiala və klinik-praktik təcrübəyə malikdir. Bu nailiyyətlər dövlətimizin bu elm və təbabət ocağına göstərdiyi dəstək, diqqət və qayğının nəticəsidir”.
Gülnaz Dadaşova qeyd edib ki, müasir dövrdə ürək-damar xəstəliklərindən ölüm sayının azalması tibb aləmində mühüm hadisə hesab edilir: ”Məhz buna görə kardiologiyanın müasir vəziyyətini, arterial və ağciyər hipertenziyası, ateroskleroz və dislipidemiya, ürəyin işemik xəstəliyi və miokard infarktı, ürək ritminin pozulması, tromboz və trombemboliya və s. kimi vacib problemləri müzakirə etmək, ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında əldə edilmiş müasir nailiyyətləri və yeni yanaşmaları gözdən keçirmək məqsədi daşıyan bu konfrans böyük əhəmiyyətə malikdir”.
Türk Dünyası Kardiologiya Birliyinin sədri Firdovsi İbrahimov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov və digərləri çıxışlarında tədbirin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb, kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərin, son yeniliklərin müzakirə olunmasının bu sahənin inkişafına töhfə verəcəyini deyiblər. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin əhalimizin sosial rifahının və sağlamlığının yüksək səviyyəyə qaldırması siyasəti nəticəsində ölkəmizdə səhiyyə müəssisələrinin yenilənməsi danılmaz bir faktdır. Bunların arasında Elmi Tədqiqat Kardiologiya İnstitutu da var. Bu gün bu elmi müəssisə öz nailiyyətləri ilə səhiyyə ocaqları arasında özünəməxsus yer tutur.
Toplantı öz işini plenar sessiyalarla davam etdirib, Azərbaycan və xarici ölkə mütəxəssislərinin məruzələri dinlənilib.
Qeyd edək ki, elmi-praktiki konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditə olub və 5 kredit balla qiymətləndirilib.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova