Valyuta.com

Tibb işçilərinin peşə bayramı qeyd edildi

Tibb işçilərinin peşə bayramı qeyd edildi

Artıq 19 ildir ki, 17 iyun tarixi Azərbaycanda Tibb İşçiləri Günü kimi qeyd olunur. Ənənəyə sadiq qalaraq, Səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla Nazirliyin rəhbər işçiləri, tibb ictimaiyyətinin nümayəndələri bayram münasibətilə bu dəfə də Fəxri Xiyabana gəldilər, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstələri qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüldü.
Sonra tibb işçilərinin peşə bayramı münasibətilə Səhiyyə Nazirliyində kollegiya iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan Səhiyyə naziri Oqtay Şirəliyev bütün tibb işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik etdi, onlara cansağlığı, səadət, əmin-amanlıq arzuladı. 17 iyun tarixinin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yaradıldığı gün olduğunu, ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncama əsasən, həmin günün hər il tibb işçilərinin peşə bayramı kimi qeyd edildiyini vurğuladı. Bu bayramı ulu öndərin Azərbaycan səhiyyəsinə, tibb işçilərinin fəaliyyətinə verdiyi yüksək dəyərin göstəricisi kimi qiymətləndirdi.

Səhiyyə naziri bu gün ölkəmizdə dahi şəxsiyyət Heydər Əliyevin səhiyyə siyasətinin uğurla davam etdirildiyini bildirdi: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, gərgin əməyi sayəsində Vətənimiz hər sahədə inkişaf edir. O cümlədən səhiyyə sahəsində də böyük uğurlar əldə olunub. Səhiyyəmizin inkişafina daim diqqət ayrılır. Yeni tibb müəssisələri tikilir, əsaslı təmir olunur, ən müasir avadanlıqlarla təchiz edilir və əhalinin istifadəsinə verilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər dəfə yeni səhiyyə ocaqlarının açılışında iştirak edəndə, tibb işçiləri ilə görüşəndə ölkə səhiyyəsinin inkişafını xüsusi qeyd edir, əhalinin sağlamlığının qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirir”.
Oqtay Şirəliyev səhiyyənin inkişafından danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etməyin vacibliyini diqqətə çatdırdı: “Biz gündəlik işimizdə səhiyyənin ən çətin problemlərinin həllində daim onun diqqətini görürük. Mehriban xanım vətəndaşlarımızın səhhətinə, xüsusən gənc nəslin sağlamlığının mühafizəsinə böyük qayğı göstərir. Onun təşəbbüsü ilə qəbul olunan qanunlar, dövlət proqramları insanların sağlamlığının qorunmasında olduqca böyük rol oynayır.
Azərbaycan dövləti əhalinin səhhəti naminə, ən ağır xəstələrin, həyatı dərman təminatından asılı olan insanların müalicəsinə yardım etmək üçün xüsusi dövlət proqramları qəbul edir. Məhz bunun nəticəsində həmin xəstəliklərdən əziyyət çəkən insanların həyat keyfiyyəti yaxşılaşır, ömrü uzanır”.
Nazir vurğuladı ki, dünya ölkələri arasında əlaqələrin gündən-günə genişləndiyi, internet, sosial şəbəkələr vasitəsilə istənilən yerdən məlumat almaq imkanının olduğu bu şəraitdə hər kəs Azərbaycan səhiyyəsini, tibb müəssisələrinin maddi-texniki təchizatını dünyanın ən qabaqcıl səhiyyə sistemləri ilə müqayisə edə bilər və onların heç birindən geri qalmadığını, bir sıra hallarda isə hətta onları üstələdiyini görə bilər.
O.Şirəliyev Azərbaycan səhiyyəsinin inkişafının beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirildiyini də diqqətə çatdırdı: “Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyəti başqa dövlətlərə nümunə göstərilir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının son üç Baş direktoru Azərbaycana gəlib, burada görülən işlərlə tanış olub və razılığını bildirib. Sonuncu dəfə ÜST-nin hazırkı Baş direktoru doktor Tedros Gebreyesus ölkəmizə səfər edərkən Azərbaycan səhiyyəsinin inkişafını xüsusi qeyd etdi, Prezident İlham Əliyevin bu sahədə fəaliyyətini yüksək qiymətləndirdi”.
Bu gün ölkəmizdə müxtəlif beynəlxalq ictimai-siyasi, mədəni, idman tədbirlərinin keçirilməsini Azərbaycanın dinamik inkişafının təzahürü adlandıran Səhiyyə naziri söylədi: “Əvvəllər Azərbaycanda təşkil olunan qitə və dünya miqyaslı ilk tədbirlər zamanı iştirakçılara tibbi xidmət göstərilməsi üçün təşkilatçılar və mütəxəssislər xaricdən dəvət olunurdu. Lakin zaman keçdikcə, səhiyyəmiz inkişaf etdi və tədricən bu tədbirlərdə tibbi xidmət göstərməyi bizə etibar etdilər. Bu gün ölkəmizdə belə tədbirlər keçiriləndə iştirakçılara tibbi xidmət birmənalı olaraq məhz Azərbaycan səhiyyəsinə həvalə edilir. Hətta indi bizim bu sahədə təcrübəmizin olmasını nəzərə alaraq, mütəxəssislərimizi xarici tədbirlərə də dəvət edirlər”.
Ölkə səhiyyəsinin inkişafının özünü həm də davamlı islahatlarda göstərdiyini deyən nazir dövlət başçısı cənab İlham Əliyevin son illərdə icbari tibbi sığortaya keçidlə bağlı bir neçə sərəncam verdiyini də diqqətə çatdırdı: “Bu sənədlərə uyğun olaraq pilot rayonlarda icbari tibbi sığorta sistemi tətbiq edilib. Dövlət başçısının ötən ilin dekabr ayında verdiyi sərəncama əsasən, bu ilin sonunadək paytaxtda və bölgələrdə bir sıra dövlət tibb müəssisələri də bu sistemə keçəcək. Biz hər cür yardım etməli və çalışmalıyıq ki, bu keçid uğurla baş tutsun və ölkəmizdə əhalinin sağlamlığının qorunmasına əhəmiyyətli töhfələr versin”.
Oqtay Şirəliyev keçən il Tibb İşçiləri Günündə həm də Azərbaycan Səhiyyə Nazirliyinin 100 illik yubileyinin, bu il isə Azərbaycanda tibb təhsilinin 100 illiyinin qeyd edildiyini söylədi. O, 1919-cu ildə Bakı Dövlət Universiteti və onun tərkibində Tibb fakültəsinin yaradıldığını, o vaxtdan etibarən tibb mütəxəssislərinin öz ölkəmizdə təhsil almağa başladığını dedi: “Bu gün Azərbaycan səhiyyəsində fəaliyyət göstərən mütəxəssislərin mütləq əksəriyyəti məhz Azərbaycan Tibb Universitetinin məzunlarıdır. Mən xüsusi vurğulamaq istəyirəm ki, səhiyyəmizin inkişafı ilk növbədə məhz bu mütəxəssislərdən – həkimlərdən və digər tibb işçilərindən asılıdır. Çünki xəstəni sağaldan nə səliqəli xəstəxana binası, nə rahat palatalar deyil. Müasir diaqnostik cihazlar, innovasion texnologiyalar yalnız savadlı həkimin əlində şəfa alətinə çevrilir. Heç bir avadanlıq tibb işçisinin biliyini və bacarığını, xəstəyə həssas və diqqətli münasibətini əvəz edə bilməz”.
Çıxışının sonunda Səhiyyə naziri ölkəmizdə səhiyyə və tibb elmi sahəsində çalışan hər kəsi peşə bayramı münasibətilə bir daha təbrik etdi, onlara uzun ömür, möhkəm sağlamlıq, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzuladı: “Siz xalqımızın, millətimizin sağlamlığı naminə yorulmadan çalışırsınız. Bu fədakar əməyinizə görə mən sizin hər birinizə təşəkkür edirəm. Arzu eləyirəm ki, öz peşənizlə daim fəxr edəsiniz, əməyinizin nəticələrinə sevinəsiniz”.
Tədbirin sonunda Səhiyyə naziri Oqtay Şirəliyev ölkə səhiyyəsinə xüsusi diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin tibb işçilərinin peşə bayramı münasibətilə sərəncamlar imzaladığını, Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə bir qrup qabaqcıl səhiyyə işçisinin “Əməkdar həkim”, “Əməkdar müəllim” və “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görüldüyünü, “Tərəqqi” medalı ilə təltif edildiyini dedi.
Toplantıda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında” və “Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamları oxundu, mükafatlar təqdim edildi.
Daha sonra nazir O.Şirəliyev əməkdə xüsusi xidmət və nailiyyətləri ilə fərqləndiklərinə görə Səhiyyə Nazirliyinin əmrinə əsasən “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilən tibb işçilərinə – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb idarəsinin rəis müavini Rauf Abbasova, həmin idarənin həkim-epidemioloqu Zaur Abbasova, Bakı şəhəri 5 nömrəli Şəhər Poliklinikasının şöbə müdiri Nizami Balaşzadəyə, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Calalova, Füzuli rayonu Bala Bəhmənli Həkim Ambulatoriyasının müdiri Oqtay Əliyevə, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin şöbə müdiri Zemfira Əliyevaya, Göyçay Rayon Mərkəzi Xəstəxanasının (RMX) Qadın Məsləhətxanası şöbəsinin müdiri Tamilla Əsgərovaya, Şəki RMX-nın baş həkimi Elçin Əmirova, Respublika Müalicə Diaqnostika Mərkəzinin həkim-neyrocərrahı Azər Əkbərova, həmin Mərkəzin şöbə müdiri Araz Süleymanova, Bakı şəhəri 10 nömrəli Qadın Məsləhətxanasının baş həkimi Gülnarə Həsənovaya, Bakı şəhəri 7 nömrəli Qadın Məsləhətxanasının baş həkimi Südabə İsmayılovaya, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri Müşfiq Kərimova, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Qanköçürmə Stansiyasının həkim anestezioloq-reanimatoloqu Firudin Qarabəyova, Bakı şəhəri 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Həsən Quliyevə, Bakı şəhəri 3 nömrəli Şəhər Poliklinikasının sahə həkimi Xalidə Məcidovaya, Bakı şəhəri 8 nömrəli Uşaq Poliklinikasının sahə həkim-pediatrı Mahir Məmmədova, Ağcabədi RMX-nın həkim-otorinolarinqoloqu Rafiq Nəsibova, Bakı şəhəri 7 nömrəli Doğum evinin Qadın Məsləhətxanasının müdiri Gülnarə Rzayevaya mükafatları təqdim etdi.
Həmçinin əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətlərinə görə “Səhiyyə Nazirliyinin Fəxri Fərmanı” ilə mükafatlandırılan şəxslərə – Bakı şəhəri 7 nömrəli Doğum evinin həkim mama-ginekoloqu Zərifə Babayevaya, Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasının şöbə müdiri Nailə Bağırovaya, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərliyə və bölmə müdiri Xalid Əliyevə, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İmanverdi Rzayevə və baş tibb bacısı Dilarə Əhmədovaya, Milli Onkologiya Mərkəzinin həkim-onkoloqu Elçin Mansurova və elmi işçisi Arif Hətəmova, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsi “Şəfa – Qusar” İstirahət Mərkəzinin direktoru Zeynəddin Xasmətova, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət Mərkəzinin Sanitariya-gigiyena bölməsinin Ekoloji laboratoriyasının laborantı Xudu Xuduyevə, Tərtər RMX-nın şöbə müdiri Gülarə Əhmədovaya mükafatlar təqdim olundu.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova