Valyuta.com

Prezident İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi barədə sərəncamlar imzaladı

Prezident İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi barədə sərəncamlar imzaladı

Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar həkim”

Camalova Təranə Paşa qızı
Dadaşov Ədalət İmamcan oğlu
Eybətova Cəmilə Bəylər qızı
Əhmədov Hüseyn Məcid oğlu
Hacıyev Məcid Mahmud oğlu
Həsənova Nəzakət Cabbar qızı
İbrahimov Elman İsmayıl oğlu
İbrahimova Gülər Arif qızı
İsrafilova Mahirə Şahalı qızı
Məmmədov Azər Bağır oğlu
Nağıyeva Pəri Haxverdi qızı
Salmanov Mehrab Məhəmməd oğlu

“Əməkdar müəllim”
Hüseynova Nərgiz Mirbağır qızı
Məmmədova Arifə Cümayıl qızı

“Əməkdar tibb işçisi”
Əliyeva Təranə Sabir qızı.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2019-cu il.



Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cəfərov Rauf Mehralı oğlu
Əbdülov Sucəddin Cəlil oğlu
Əliyev Əlövsət Həbib oğlu
Həsənov Ədalət Bəybala oğlu
Hüseynov Xəlil Rafiq oğlu
Musayev Vilayət Novruz oğlu
Süleymanova Nəzakət Akif qızı
Şahsuvarov Oruc Müseyib oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2019-cu il.



Dövlət qulluqçuları təltif olundular


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sənədə əsasən, dövlət orqanlarında çalışan bir qrup şəxs dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.
Mükafatlandırılanlar arasında Səhiyyə Nazirliyində çalışan dövlət qulluqçuları da var. Belə ki, Kadrlar, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova, Dəftərxana və kargüzarlıq sektorunun müdiri Əfşan Həmidova, Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova