Valyuta.com

Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyi

Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyi

B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan “Hematologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistandan hematoloq və transfuzioloqların da iştirak etdiyi tədbirdə institutun direktoru Zöhrə Əlimirzəyeva çıxış edərək, bu günün hematoloqlar üçün əlamətdar olduğunu qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizdə səhiyyə sahəsində ciddi islahatlar aparılır, tibb müəssisələrinin maddi texniki-bazası möhkəmləndirilir, bu sahədə əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları qəbul edilib. İnstitut da səhiyyənin dinamik inkişaf tendensiyasından geri qalmayıb. Azərbaycanda hematologiya üzrə böyük işlər görülüb, əhaliyə göstərilən hematoloji xidmət standartlara uyğun şəkildə qurulub. İnstitutun binası əsaslı təmir edilib, laboratoriyalar, eləcə də qurumun nəzdində və 8 bölgədə yerləşən qan bankları ən müasir avadanlıq və reaktivlərlə təmin olunub. Həmçinin burada çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilib. Ölkəmizdə hematologiya və transfuziologiya sahəsi daim diqqət mərkəzində saxlanılır. Son zamanlar bu sahədə Milli Məclis tərəfindən 3 qanunun, Nazirlər Kabineti tərəfindən isə 4 dövlət proqramının qəbul edilməsi bu diqqətin bariz nümunəsidir.
Z.Əlimirzəyeva qeyd edib ki, Azərbaycanda talassemiya ilə mübarizədə köklü dəyişikliklər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən etibarən “Talassemiyasız həyat naminə” layihəsinin həyata keçirilməsindən sonra qeydə alınıb. Milli Məclis Ailə Məcəlləsinə dəyişikliklər barədə Qanun qəbul etdikdən sonra talassemiyanın profilaktikası proqramının müvəffəqiyyətlə həyata keçirilməsinə başlanılıb: “İndiyədək yarım milyondan çox insan müayinə olunub, 20 mindən çox talassemiya daşıyıcısı aşkarlanıb. 204 cütlüyün isə hər ikisində talassemiyaya rast gəlinib. Onlara genetik konsultasiyalar verilib, hamiləlik dövründə prenatal müayinə aparılaraq xəstə uşaqların doğulmasının qarşısı alınıb. Görülən tədbirlər nəticəsində doğulan xəstə uşaqların sayı azalıb”.
Direktor rəhbərlik etdiyi qurum haqqında məlumat verib, institutda indiyədək keçirilən beynəlxalq tədbirlərdən danışıb.
Sonra Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov “B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu: 75 illik tarixlə gələcəyə” mövzusunda təqdimatla çıxış edib, institutun tarixi haqqında məlumat verib.
Konfrans qanın bədxassəli xəstəliklərinin, irsi xəstəliklərin və transfuziologiyanın müxtəlif aspektlərinə həsr olunan məruzə və müzakirələrlə davam etdirilib. İştirakçılar hematologiyanın aktual problemləri üzrə məlumat mübadiləsi aparıb, bu sahədə son elmi nailiyyətləri izləmək imkanı qazanıblar.шаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova