Valyuta.com

Talassemiya Mərkəzinin 10 illiyinə həsr olunmuş I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi

Talassemiya Mərkəzinin 10 illiyinə həsr olunmuş I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi

Bakıda Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Səhiyyə Nazirliyinin, Heydər Əliyev Fondunun, Talassemiya Mərkəzinin və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konqresin açılışında Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Mərkəz Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilib. 2009-cu ildən istifadəyə verilən tibb müəssisəsinin bu xəstəliyə düçar olan şəxslərin müalicəsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramları və sərəncamlar əsasında ötən müddətdə Talassemiya Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində geniş işlər həyata keçirilib.
Mərkəzin icraçı direktoru bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrında “Talassemiya Mərkəzinin Yeni Nəsil Sekvenləşdirmə laboratoriyaları ilə təchiz olunmasına dair” imzaladığı Sərəncam çərçivəsində artıq müasir avadanlıqlar alınıb və yaxın zamanda onların mərkəzdə quraşdırılması başa çatacaq. Bununla da Talassemiya Mərkəzi nəinki ölkəmizin, bütün regionun ən müasir genetik diaqnostika mərkəzi olacaq və genetik diaqnostika üçün xaricə getməyə ehtiyac qalmayacaq.
Profili və genetik diaqnostika imkanları üzrə regionda xüsusi yeri olan Talassemiya Mərkəzi elmi araşdırma və hematoloji xəstəliklərlə mübarizə sahəsində əlaqələri artırmaq məqsədilə bir sıra ölkələrlə iş birliyinə başlayıb. Beynəlxalq əlaqələr çərçivəsində xarici ölkələrin aparıcı mütəxəssislərinin Talassemiya Mərkəzinə səfərləri, birgə elmi toplantılar, elmi-praktik seminarlar, eləcə də yerli mütəxəssislərin müasir mərkəzlərdə uzunmüddətli kursları təşkil edilir.
Talassemiya Mərkəzinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə bu il ərzində ölkənin müxtəlif regionlarında – Mingəçevir, Qax, Şirvan, Lənkəran, Quba, Bərdə və Gəncə şəhərlərində "Talassemiyasız həyat naminə" devizi ilə 7 elmi simpozium keçirdiyi bildirilib. Qeyd olunub ki, regional simpoziumlar çərçivəsində talassemiya daşıyıcılığının müəyyən olunması məqsədilə ödənişsiz tibbi müayinələr həyata keçirilib. Müraciət edənlərdən götürülmüş qan nümunələri Talassemiya Mərkəzində müayinədən keçirilib. Daha bir simpozium, həmçinin Azərbaycanda ilk dəfə “Axın sitometriyası və sitogenetika” kursu və “Tibb bacıları simpoziumu” bu Konqres çərçivəsində təşkil olunub.
Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin ənənə halını aldığını bildirib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə daim diqqət yetirdiyini deyən komitə sədri irsi qan xəstəlikləri ilə mübarizədə görülən işlərdən, qəbul olunan dövlət proqramlarından danışıb. O, nikahdan əvvəl icbari müayinənin irsi qan xəstəliklərinin azalmasında rol oynadığını diqqətə çatdırıb. Komitə sədri gələn il yanvarın 1-dən ölkə ərazisində tətbiq olunacaq icbari tibbi sığortanın bu xəstəliklərin müalicəsinə töhfə verəcəyini vurğulayıb. Ə.Əmiraslanov hematologiya sahəsində gen səviyyəsində elmi tədqiqatlar aparıldığını, genişmiqyaslı proqram hazırlandığını qeyd edib.
Beynəlxalq Talassemiya Federasiyasının sədr müavini Maykl Anqastiniotis, Türk Elmlər Akademiyasının təmsilçisi Taner Demirer, Türk Hematologiya Dərnəyinin sədri Hayri Özsan, Koç Universiteti Xəstəxanasının professoru Burhan Fərhanoğlu çıxış edərək, Azərbaycanda qan xəstəlikləri ilə mübarizədə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Tədbirin klinik araşdırmalarda son nailiyyətləri izləmək baxımından böyük imkan yaratdığını bildirən mütəxəssislər onun işinə uğurlar arzulayıblar.
Konqresin elmi katibi Ramin Bayramlı çıxış edərək tədbir barədə məlumat verib. O, toplantıda 22 ölkədən 939 nəfərin iştirak etdiyini və 146 məruzə təqdim edildiyini bildirib.
İki gün davam edən Konqresdə daha sonra panel iclaslar keçirilib və məruzələr dinlənilib.шаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova