Valyuta.com

Prezident İlham Əliyev şpris istehsalı zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev şpris istehsalı zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev və “Diamed” şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva dövlət başçısına müəssisə barədə məlumat veriblər.
Qeyd edək ki, 2016-cı ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Pirallahı Sənaye Parkı yaradılandan bəri burada əczaçılıq sahəsində bir sıra mühüm layihələrin həyata keçirilməsinə başlanılıb. Reallaşdırılan mühüm layihələrdən biri də şpris zavodudur. Azərbaycanda ilk şpris zavodu olan bu müəssisə Parkın 2017-ci ilin mayında rezidenti kimi qeydiyyata alınan “Diamed Co” MMC tərəfindən inşa edilib.
Dövlət başçısı zavodu işə salıb.
Bildirilib ki, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. İki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur. Müəssisədə istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bu isə “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidini və sayını artırmağa imkan verəcək. Zavodda 150 yeni iş yeri yaradılacaq.
Dövlət başçısı zavodun kollektivi ilə görüşüb.
Müəssisənin kollektivini salamlayan Prezident İlham Əliyev deyib: “Bu gün Pirallahı rayonunda çox əlamətdar hadisəni qeyd edirik. Burada istehsal ediləcək şprislər bizim səhiyyə sistemində istifadə olunacaq və beləliklə, Azərbaycan bu sahədə də idxaldan asılılığı aradan götürmüş olacaq”.
Ölkə rəhbəri yeni müəssisənin işsizliklə bağlı problemlərin həllində və idxaldan asılılığın azaldılmasında rolundan danışıb: “Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq. Bu, sənayemizin inkişafına verilən töhfədir”.
President İlham Əliyev vurğulayıb ki, Pirallahı Sənaye Parkında hazırda tikilməkdə olan böyük dərman preparatları zavodunun fəaliyyətə başlaması nəticəsində daha çox iş yerləri açılacaq və biz dərman preparatlarının idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik.
Dövlət başçısı zavodun açılışı münasibətilə onun əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.шаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova