Valyuta.com

Dağınıq sklerozla bağlı qərara dəyişiklik edildi

Dağınıq sklerozla bağlı qərara dəyişiklik edildi

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 278 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Qərar imzalayıb.
Sənəddə deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 278 nömrəli Qərarda aşağıdakı dəyişiklikləri edir:
1. Sənədə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilir: “Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər”.
2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları”nın 3-cü hissəsində “Səhiyyə Nazirliyinin tabeliyində olan” sözləri “Səhiyyə Nazirliyi vasitəsilə” sözləri ilə əvəz edilir.
Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.шаблоны для dle 11.2





Aprel2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova