Valyuta.com

Ölkəmizin 10 milyonuncu sakini doğuldu

Ölkəmizin 10 milyonuncu sakini doğuldu

Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2019-cu il aprel ayının 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
Məlumat verilib ki, Azərbaycan Respublikasının vətəndaşları, keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər Nigar Ocaqova ilə Rauf Həsənovun ailəsində doğulan bu qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir, körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik ediblər.
Ölkə başçısı və birinci xanım Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.
Söhbət əsnasında Prezident İlham Əliyev bu hadisəni izlədiklərini deyib, ölkəmizin 10 milyonuncu sakininin dünyaya gəlməsini həm onların ailəsinin, həm də ölkəmizin həyatında çox əlamətdar hadisə adlandırıb: “Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.
Ölkə başçısı qeyd edib ki, əhalimizin artması bizim gücümüzü, ölkəmizin qüdrətini artırır, eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.
Rauf Həsənov 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, körpənin adını Mehriban xanımın şərəfinə Mehriban qoyduqlarını deyib.
Birinci xanım Mehriban Əliyeva uşağa xeyir-dua verib, onun xoşbəxt, sağlam, analı-atalı böyüməsini arzulayıb.
Nigar Ocaqova şəhərimizdə belə gözəl tibb ocaqlarının olmasına sevindiyini söyləyib, Perinatal Mərkəzin direktoru Sevinc xanıma, körpənin sağlam şəkildə dünyaya gəlməsinə görə Rübabə xanıma təşəkkür bildirib.
Prezident İlham Əliyev bu mərkəzin çoxdan fəaliyyət göstərdiyini qeyd edib: “Təqribən 10 il bundan əvvəl əsaslı şəkildə yenidən quruldu, təmir olundu və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir. Son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri, xəstəxanalar tikilir. Yəni indi tibbi xidmət almaq üçün bütün şərait var”.
Prezident İlham Əliyev Həsənova Mehriban Rauf qızının ölkəmizin 10 milyonuncu sakini olması ilə bağlı sertifikatı, habelə ailəyə dövlət tərəfindən hədiyyə olunan mənzilin çıxarışını valideynlərə təqdim edib. Həmçinin bildirib ki, uşağın hesabına vəsait də köçürülüb.
Rauf Həsənov və Nigar Ocaqova təbriklərə və hədiyyələrə görə təşəkkür və minnətdarlıq bildiriblər.шаблоны для dle 11.2





Aprel2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova