Valyuta.com

Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

Milli Məclisin səhiyyə komitəsində “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinə dair dinləmələr keçirilib.
Tədbirdə komitənin sədri Əhliman Əmiraslanov dünyada transplantasiyanın son 50 ildə inkişaf etməyə başladığını deyib. Bildirib ki, hər il dünyada 120 mindən çox orqan transplantasiya olunur, amma planetdə yaşayan insanların orqan transplantasiyasına tələbatı bundan dəfələrlə çoxdur.
Əhliman Əmiraslanov bildirib ki, orqan transplantasiyası sahəsində dünyanın müxtəlif regionları arasında da ciddi fərqlər var: “Avropada hər il 1 milyon nəfərə təxminən 40, MDB məkanında isə 1 milyon nəfərə 4-9 transplantasiya düşür. Azərbaycanda orqan transplantasiyasının yetərli səviyyədə aparılmamasının səbəbi donorların, lazımi sayda orqanların olmamasıdır. Digər tərəfdən, “Orqan və toxuma transplantasiyası haqqında” mövcud qanun bugünkü tələblərlə ayaqlaşmır. Ona görə də belə qərara gəldik ki, orqan transplantasiyası haqqında yeni mükəmməl bir qanun hazırlayaq. Təxminən bir il əvvəl parlamentin səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi altında İşçi qrupu yaradılıb, layihə hazırlanıb. Bu dinləmələrdə irəli sürülən təkliflər nəzərə alınaraq, layihəyə dəyişikliklər də edilə bilər”. Komitə sədri dinləmələrdə Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələrinin də iştirak etdiyini söyləyib.
Səhiyyə komitəsinin sədr müavini, İşçi qrupunun rəhbəri Musa Quliyev bildirib ki, yeni qanun layihəsi hazırlanarkən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və bir sıra ölkələrin təcrübəsi nəzərə alınıb. Qanun layihəsində qohum olmayan şəxslərin də donor olmasına icazə verilməsi öz əksini tapıb.
Musa Quliyev diqqətə çatdırıb ki, şəxs sağlığında razılıq veribsə, beyin ölümü keçirən zaman orqanlarından transplantasiya məqsədilə istifadə edilə bilər. Əgər belə razılıq verməyibsə, orqanlarından transplantasiya məqsədilə istifadə edilib-edilməməsi barədə vəsiyyəti yoxdursa, bu halda yaxınlıqdakı doğma bir şəxsin razılığı kifayət edə bilər. O qeyd edib ki, müzakirələr zamanı beyin ölümü müəyyən olunan adamın bütün övladlarının razılığının alınması kimi təkliflər də olub, ancaq bu, məqbul hesab edilməyib. Layihəyə əsasən, insan orqanlarının alqı-satqısı və reklamı qadağandır.
Səhiyyə komitəsinin sədr müavini Azərbaycanda xüsusən gənc insanların qəfil ölümü zamanı orqanlarının götürülməsinə yanaşmanın müsbət qarşılanmadığını söyləyib. Bildirib ki, ona görə bu sahədə QHT-lər tərəfindən də maarifləndirmə işləri aparılmalıdır.
Dinləmələr zamanı çıxış edən komitə üzvləri İlham Məmmədov, Rəşad Mahmudov, Kamilə Əliyeva, Rafiq Məmmədhəsənov, müvafiq qurumların mütəxəssisləri qanun layihəsini yüksək qiymətləndiriblər, layihə barədə qeyd və təkliflərini bildiriblər.
Sonra səhiyyə komitəsinin sədr müavini, İşçi qrupunun rəhbəri Musa Quliyev səsləndirilən təkliflərə münasibət bildirib, məqbul təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb.
Dinləmələrə yekun vuran səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tədbirin çox faydalı olduğunu qeyd edib. Bildirib ki, burada səsləndirilmiş təkliflər əsasında qanun layihəsi üzərində iş davam etdiriləcək və komitənin növbəti iclaslarından birində layihə yenidən müzakirəyə çıxarılacaq.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova