Valyuta.com

Azərbaycan Tibb Universitetinin yeni tədris mərkəzinin açılışı olub

Azərbaycan Tibb Universitetinin yeni tədris mərkəzinin açılışı olub

Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının nəzdində yeni tədris mərkəzinin açılışı olub.
Kafedranın 100 illik yubileyinə həsr olunmuş açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib.
Səhiyyə nazirinə mərkəzin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illiyi münasibətilə, yeni layihə əsasında yenidən qurulması və innovativ avadanlıqlarla təchiz edilməsi haqqında məlumat verilib. Bildirilib ki, mərkəzdə tədris otaqları və mühazirə zalı ilə yanaşı, tələbələrin praktik bilgiləri daha dərindən mənimsəməsi üçün zəruri avadanlıq da quraşdırılıb.
Yeni tədris mərkəzində yaradılan şəraitdən məmnunluğunu bildirən səhiyyə naziri Oqtay Şirəliyev bu mərkəzin tədrisin beynəlxalq standartlara uyğun formada təşkili baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. İnsan anatomiyası kafedrasının Azərbaycan Tibb Universitetinin ən əsas kafedralarından biri olduğunu diqqətə çatdıran nazir tələbəlik illərindəki xatirələrini bölüşüb, müasir dövrdə tibb təhsili sahəsindəki ciddi irəliləyişdən danışıb.
Universitetin rektoru, professor Gəray Gəraybəyli yeni tədris mərkəzi haqqında, ümumilikdə Tibb Universitetində yaradılan şərait, aparılan islahatlar, təhsil və tədris sistemindəki yeniliklər, gözləntilər barədə nazirə və mərasim iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra kafedranın müdiri, professor Vaqif Şadlinski kafedranın fəaliyyəti, işçi heyəti, yeni tədris mərkəzinin planları haqqında danışıb. O qeyd edib ki, Azərbaycandakı tədris müəssisələrindən yalnız bu mərkəzdə kremasiya sobası yerləşir.
Əsasən aşağı kurs tələbələri üçün nəzərdə tutulan tədris mərkəzindən Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi iş işləyən gənclər və rezidentlər də istifadə edə bilərlər.
Qeyd edək ki, fevralın 18-də Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasından 100 il ötüb. Kafedra 1919-cu ildə indiki Bakı Dövlət Universitetinin ilk ən böyük fakültəsi olan Tibb fakültəsi nəzdində təşkil edilib. 1930-cu il mayın 9-da bu fakültənin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb və kafedra həmin institutun nəzdində fəaliyyətini davam etdirib.
Kafedra ayrı-ayrı illərdə müxtəlif ünvanlarda yerləşib, 1949-cu ildə isə tikintisi hələ tamamlanmayan və məxsusi olaraq morfoloji fənlərə aid kafedralar üçün nəzərdə tutulan yeni dördmərtəbəli binaya qismən köçürülmə başlanıb. 1953-cü ildə bütövlükdə köçürülməsi başa çatdırılan kafedrada həmin vaxtdan son dövrlərədək, demək olar ki, əsaslı təmir-bərpa işləri aparılmamışdı.
Hər sahədə olduğu kimi, tibb təhsili və tibb elmi sahələrinə də yaxından dövlət qayğısı göstərən Prezident İlham Əliyevin diqqəti sayəsində 2018/2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. Yeni tədris və elm mərkəzinin qurulması kafedranın 100 illik yubileyinə ərməğan edilən ən böyük töhfədir.шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova