Valyuta.com

Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub

Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsi 1974-cü ildə yaradılıb. 2018-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən bu müəssisədə əsaslı yenidənqurma işləri aparılıb.
Bina ilə tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verilib ki, yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb. 217 çarpayılıq müəssisədə akt zalı, kinoteatr, kitabxana, arxiv, sakinlərin qidalanması üçün yeməkxanalar, eləcə də mərkəzləşmiş mətbəx, asudə vaxtın təşkili və istirahət guşələri, izolyasiya və tibb otaqları mebel və avadanlıqlarla təchiz edilib. Müəssisə əlilliyi olan şəxsləri qəbul edərək, münasib yaşayış şəraiti ilə təmin etmək, abilitasiya və reabilitasiya xidmətlərini həyata keçirmək üzrə fəaliyyət göstərir. Buraya sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul olunacaq.
Ölkəmizdə sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət bu qəbildən olan şəxsləri çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb edir. Bu müəssisədə yaradılan şərait bir daha sübut edir ki, dövlət səviyyəsində bu istiqamətdə reallaşan tədbirlərə Heydər Əliyev Fondunun xüsusi töhfəsi var. Fondun xüsusi qayğıya ehtiyacı olanların sosial məsələlərinin həlli, onların müalicə və reabilitasiyasının yüksək səviyyədə təşkili istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter alıb.
Müəssisənin həyətində abadlıq işləri aparılıb, ərazi yaşıllaşdırılıb, müxtəlif növ ağaclar əkilib, istirahət guşələri yaradılıb.шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova