Valyuta.com

Heydər Əliyev Fondunun vitse-prezidenti Hematologiya və Transfuziologiya İnstitutunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Hematologiya və Transfuziologiya İnstitutunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub. Ona müəssisə barədə məlumat verilib ki, 1944-cü ildən fəaliyyət göstərən institut hazırda klinika, Mərkəzi Qan Bankı və Elm bölməsindən ibarətdir. Klinikaya böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir. İnstitutun Elm bölməsində bu sahənin aktual problemlərinə həsr olunan tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri nüfuzlu yerli və xarici jurnallarda nəşr edilir. 2017-ci ildə müvafiq dövlət proqramı çərçivəsində institutda immunohistoloji müayinələrin aparılması üçün yeni laboratoriya yaradılıb. Burada immunohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.
Leyla Əliyeva Mərkəzi Qan Bankında da olub. Bank donor qanının tədarükü, işlənilməsi, yoxlanılması və paylanması ilə məşğul olur. Mərkəzi Qan Bankının ölkədə 8 bölməsi fəaliyyət göstərir. Burada nikaha daxil olan şəxslər talassemiyaya görə müayinədən keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib. O, uşaqların səhhəti, müalicəsi zamanı istifadə edilən üsullarla maraqlanıb. Leyla Əliyeva tibb ocağında müalicə alan uşaqların tezliklə sağalmalarını arzulayıb.
Qan xidməti üzrə Dövlət Proqramının yerinə yetirilməsi nəticəsində hazırda müalicə müəssisələrinin təhlükəsiz və keyfiyyətli qan və qan komponentləri ilə təmin edilməsi məsələsi həll edilib. Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi ildən-ilə donorların sayının və tədarük edilən qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarıb. Hazırda ölkə üzrə donorların sayı 90 490 nəfərdir.шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova