Valyuta.com

Prezident “Psixoloji yardım haqqında” Qanun və onun tətbiqi barədə fərman imzalayıb

Prezident “Psixoloji yardım haqqında” Qanun və onun tətbiqi barədə fərman imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununu və onun tətbiqi barədə Fərman imzalayıb.
Bu Qanun ölkəmizdə psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
Sənədin “Ümumi müddəalar” adlanan 1-ci fəslində Qanunda istifadə olunan psixoloji yardım, onun standartları, psixoloji yardımı alan və onu göstərmək hüququ olan şəxslər, ilkin, təcili, klinik psixoloji yardım, psixoanaliz, neyropsixologiya, psixopatologiya və sair kimi əsas anlayışlar şərh olunur, psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, bu Qanunun tətbiq dairəsi, psixoloji yardımın növləri və formaları barədə məlumat verilir.
“Psixoloji yardım sahəsində dövlət siyasəti” adlanan 2-ci fəsil bu sahədə dövlətin vəzifələrini özündə ehtiva edir. Bu fəslin “Psixoloji yardımın maliyyələşdirilməsi” maddəsində onun ödənişli və ya ödənişsiz əsaslarla göstərilməsi qeyd olunur, hansı şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ olduğu göstərilir. Burada həmçinin psixoloji problemlərinin yaranma riski yüksək olan əhali qrupları arasında profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Psixoloji yardımın prinsipləri” adlanan 3-cü fəsildə könüllülük, konfidensiallıq, anonimlik kimi prinsiplər şərh olunur.
4-cü fəsil psixoloji yardım iştirakçılarının – bu yardımı alanların və təqdim edənlərin hüquqlarına və vəzifələrinə həsr edilib.
“Təhsil və səhiyyə müəssisələrində psixoloji yardımın xüsusiyyətləri” adlanan 5-ci fəsildə təhsil müəssisələrində psixoloji yardım və psixoloji müayinə, təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq məsələləri yer alıb.
Bu fəslin “Səhiyyə müəssisələrində psixoloji yardım göstərmək hüququ olan şəxslər” maddəsində qeyd olunur ki, mülkiyyət növündən asılı olmayaraq səhiyyə müəssisəsində psixoloji yardım klinik (tibbi) psixoloqlar tərəfindən həyata keçirilir. Bunun üçün onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdırlar. Bu sənədin forması və verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Klinik psixoloqların fəaliyyət dairəsinə psixopatologiya, inkişaf psixologiyası, neyropsixologiya, davranış psixologiyasının əsasları, sağlamlıq psixologiyası və psixoterapiya daxildir.
“Səhiyyə müəssisələrində psixoloji yardım” adlanan digər maddə isə bu yardımın növlərini və əhatə dairəsini müəyyən edir. Qeyd olunur ki, klinik psixoloji yardım yalnız səhiyyə müəssisələrində göstərilə bilər və bu zaman klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyin olunması, insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edilməsi qadağandır. Səhiyyə müəssisələrində psixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən həyata keçirilir. Psixoloji vəziyyətin qiymətləndirilməsi, psixoloji problemlərin aşkarlanması və ehtimal olunan psixi pozuntunun diaqnozunun dəqiqləşdirilməsi məqsədilə səhiyyə müəssisələrinin psixoloji müayinə keçirmək hüququ vardır. Psixoloji müayinənin nəticələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formaya uyğun olaraq tərtib olunur.
Qanunun “Yekun müddəalar” adlanan 6-cı fəsli psixoloji yardım sahəsində tədqiqatlar və Qanunun pozulmasına görə məsuliyyət məsələlərinə həsr olunub. Burada həmçinin qeyd edilir ki, bu Qanunla klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərmək üçün müəyyən olunmuş tələblər bu Qanun qüvvəyə minənədək psixoloq kimi fəaliyyət göstərən şəxslərə şamil edilmir.
“Psixoloji yardım haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında dövlət başçısı Nazirlər Kabinetinə digər qanunların və Prezident aktlarının bu Qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri, Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməyi, psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələbləri, ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərini, psixoloji yardım göstərən şəxslərə dair tələbləri, klinik (tibbi) psixoloqlara verilən ixtisas attestatının formasını və onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi qaydasını müəyyənləşdirməyi tapşırıb. Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə Qanunun tətbiqi ilə bağlı digər tapşırıqlar da verilib.
Fərman həmçinin Qanunda müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini kimin həyata keçirdiyini də müəyyən edir. O cümlədən, qeyd olunur ki, Qanunun 18.2-ci və 19.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova