Valyuta.com

Prezident İlham Əliyev səhiyyə ilə bağlı sənədlər imzalayıb

Prezident İlham Əliyev səhiyyə ilə bağlı sənədlər imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyə qanunvericiliyi ilə bağlı bir neçə sənəd imzalayıb.
Bunlardan birincisi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərmandır. Bu sənədə əsasən, adı çəkilən Əsasnaməyə tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirməklə bağlı 8.10-3-cü bənd əlavə edilib.
Dövlət başçısının imzaladığı ikinci sənəd “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmandır. Dəyişikliklərin məqsədi “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 18 may tarixli Qanunun icrası ilə əlaqədardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinə fəxri adlar verilməsi haqqında” Sərəncam da verib. Bu sənədə əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə təltif olunanlar arasında tibb işçisi də var. Belə ki, Adil Əvəz oğlu Şükürova “Əməkdar həkim” fəxri adı verilib.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova