Valyuta.com

Uşaqların icbari dispanserizasiyası üzrə yeni dövlət proqramı qəbul olundu

Uşaqların icbari dispanserizasiyası üzrə yeni dövlət proqramı qəbul olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sənədə əsasən, Səhiyyə Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Proqramın giriş hissəsində qeyd edilir ki, bu sənəd “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2013-cü il tarixli Fərmanının icrası ilə əlaqədar tərtib edilərək həyata keçirilmiş “2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın davamı olaraq hazırlanıb. Dövlət başçısının 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş həmin Dövlət Proqramı çərçivəsində uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işi aparılması istiqamətlərində mühüm addımlar atılıb. Bu tədbirlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına imkan verib.
Ötən dövrdə icbari dispanserizasiyadan keçmiş uşaqların registrinin yaradılması üçün proqram təminatı modulu hazırlanıb və ölkə üzrə bütün ambulator tibb müəssisələrində tətbiq edilib. Bu modul mövcud elektron sağlamlıq kartı sisteminə inteqrasiya olunub.
Eyni zamanda, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq klinik protokollar və təlimatlar hazırlanıb.
Dövlət Proqramı çərçivəsində hər il uşaq əhalisinin 95 faizdən çoxu tibbi müayinədən keçirilib, xəstəlik aşkar edilmiş uşaqlar dispanser qeydiyyatına alınıb, onların arasında müalicə-sağlamlaşdırıcı tədbirlər həyata keçirilib. Nəticədə, uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunub.
Sənədin giriş hissəsində bununla belə qeyd edilir ki, ölkəmizdə uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılmasına hələ də ehtiyac vardır. Yeni Dövlət Proqramı uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına, uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqlarla və reaktivlərlə təchiz edilməsinə, kadrların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin daha geniş miqyasda icrasını, əhali arasında maarifləndirmə işlərinin səmərəliliyinin artırılmasını nəzərdə tutur.
Dövlət Proqramının maliyyələşdirilməsi müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək.
“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planının təşkilati tədbirlərə həsr olunan birinci bölməsində icbari dispanserizasiya ilə əhatə olunmuş və əhatə olunmalı uşaqların qeydiyyatının aparılması və registrinin təkmilləşdirilməsi, dispanserizasiya zamanı müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin elektron qeydiyyatı məsələləri yer alıb. Bu tədbirlərin icraçı orqanı kimi Səhiyyə Nazirliyi göstərilib.
“Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi” adlanan ikinci bölmədə uşaqlara tibbi xidmətlər göstərən ilkin səhiyyə müəssisələrinin lazımi avadanlıq, laborator və tibbi ləvazimatlarla, eləcə də kompüter texnikası ilə davamlı təchiz edilməsi Səhiyyə Nazirliyinə, tibbi müayinələrin aparılması üçün təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələrinin müvafiq avadanlıqlarla təchizatı isə Təhsil Nazirliyinə həvalə olunub.
Üçüncü bölmə “Uşaqlar arasında yayılan xəstəliklərin profilaktikası, müalicəsi və reabilitasiyası” adlanır. Burada nəzərdə tutulan tədbirlərdən uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi və qiymətləndirilməsi, təcili və təxirəsalınmaz vəziyyətlərin yaranmasına səbəb olan (ürək-damar, tənəffüs çatışmazlıqları və s.) xəstəliklər üzrə metodik sənədlərin və müalicə-diaqnostika alqoritmlərinin işlənilib hazırlanması, tibbi xidmətin həcminin və keyfiyyət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, dispanserizasiya məqsədi ilə aparılan tibbi müayinələr zamanı aşkar edilən xəstə uşaqların ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsinin həyata keçirilməsi, uşaqların inkişafının monitorinqi üzrə metodik tövsiyələrin ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri tərəfindən tətbiq edilməsinin təşkili kimi məsələlərə Səhiyyə Nazirliyi cavabdehdir. Xəstə və xəstələnmə riski olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili, tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi, çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsi və müalicəsinin təşkili bəndlərini Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə icra edəcəklər. Qurd invaziyasına görə məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə uşaqların vaxtaşırı ambulator müayinəyə və müalicəyə cəlb edilməsi, yeniyetmələrin psixonevroloji və psixoloji skrininqlərinin aparılması kimi məsələlərə isə Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi məsuliyyət daşıyır.
Kadr hazırlığı üzrə işlər də Səhiyyə Nazirliyinə həvalə olunub. Belə ki, Tədbirlər Planı çərçivəsində uşaqlar arasında nadir hallarda rast gəlinən xəstəliklər barədə həkimlər və orta tibb işçiləri üçün seminarların və treninqlərin təşkili; xəstəliklərin profilaktikası və müalicəsi, fəsadlarla mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq, o cümlədən yerli mütəxəssislərin xaricdə təlim keçməsi; dispanserizasiyanı həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə müasir tibbi təhsil proqramlarının tətbiqi; uşaqlarda inkişaf pozuntularının erkən aşkarlanması və erkən müdaxilə sahəsində həkimlər və orta tibb işçiləri üçün seminarların və treninqlərin təşkili nəzərdə tutulur.
Tədbirlər Planının “İcbari dispanserizasiya sahəsində maarifləndirmə” adlanan 5-ci bölməsinin “İcbari dispanserizasiyanın uşaqların sağlamlığının qorunmasında roluna dair videomaterialların hazırlanması, bukletlərin, plakatların və digər əyani vəsaitlərin çap etdirilməsi” bəndi Səhiyyə Nazirliyinə, “Təhsil müəssisələrində təhsilalanlar arasında dispanserizasiyanın mahiyyəti barədə maarifləndirmə işinin aparılması”, “Uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə əhali arasında xəstəliklərin risk amillərinə dair müvafiq mövzular üzrə maarifləndirmə işinin həyata keçirilməsi”, “Dispanserizasiya məqsədi ilə müayinələr aparılan zaman uşaqlar və valideynlər arasında sağlam həyat tərzi, xəstəliklərin risk amilləri və erkən simptomları üzrə maarifləndirmə materiallarının yayılması” bəndləri isə Səhiyyə və Təhsil nazirliklərinə həvalə olunur.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova