Valyuta.com

Şəkərli diabet üzrə tibbi xidməti yaxşılaşdırmaq üçün sərəncam verilib

Şəkərli diabet üzrə tibbi xidməti yaxşılaşdırmaq üçün sərəncam verilib

Səhiyyə naziri Oqtay Şirəliyev “Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənəddə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə nazirliyin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədilə işçi qrupu yaradılıb.
Sərəncamda şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səmərəsinin artırılması üzrə Tədbirlər Planı təsdiq edilib. Həmçinin işçi qrupuna həmin planın icrası barədə mütəmadi olaraq nazirliyə hesabatın təqdim edilməsi tapşırılır.
Tədbirlər Planına diabet əleyhinə dərman vasitələrindən istifadə edən xəstələrin qeydiyyat sisteminin təkmilləşdirilməsi, dərman vasitələrinin əlçatanlıq səviyyəsinin yaxşılaşdırılması, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, şəkərli diabetin profilaktikası və müalicə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi daxildir.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova