Valyuta.com

ÜST-nin Baş direktoru: “Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin tətbiqi digər ölkələr üçün örnəkdir”

ÜST-nin Baş direktoru: “Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin tətbiqi digər ölkələr üçün örnəkdir”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevə minnətdarlıq məktubu ünvanlayıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, məktubda səhiyyə nazirinə 4-6 iyul 2018-ci il tarixlərində Azərbaycana səfər imkanının yaradılmasına görə təşəkkür və minnətdarlıq ifadə olunub.
Səhiyyə Nazirliyinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdıran Baş direktor bildirib: “Bu səfərin ölkənizin 100 illik yubileyinə təsadüf etməsi mənim üçün böyük zövq idi. Xahiş edirəm, Səhiyyə Nazirliyinin 100 illik yubileyi münasibətilə təbriklərimi qəbul edəsiniz.
Ölkənizin yüksək vəzifəli nümayəndələri ilə keçirilən görüşlər və Davamlı İnkişaf Məqsədləri (DİM) Konfransında iştiraka əsasən deyə bilərəm ki, Azərbaycanın DİM-in tətbiqi və hər kəs üçün sağlamlıq hədəflərinə sadiqliyi digər ölkələr üçün örnəkdir.
Səfər çərçivəsində ölkəniz və ÜST arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə imzalanan birgə bəyanat bu səfərin ən əhəmiyyətli hissəsi oldu.
DİM-in tətbiqi üçün ölkədə mövcud olan siyasi iradə, o cümlədən malyariya, poliomielit və qızılca kimi xəstəliklərin aradan qaldırılması da daxil olmaqla, Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlar məni həqiqətən valeh etdi. Müzakirə etdiyimiz kimi, sağlamlığın qorunması universal səhiyyənin əsasını təşkil edir, xəstəliklərin qarşısının vaxtında alınması və sağlamlığın təşviqi, qeyri-infeksion xəstəliklərin aradan qaldırılması kimi əsas aspektləri özündə cəmləşdirir.
Səfər çərçivəsində Azərbaycanın üç rayonunda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi və uğurla həyata keçirilməsi haqqında məlumatlanmaq çox maraqlı idi. Biz ÜST-nin ölkə və regional ofisləri vasitəsilə ölkənizdə ilkin səhiyyə və tibb sahəsinin maliyyələşdirilməsi kimi iddialı planların irəliləməsi istiqamətində lazımi dəstəyi göstərməyə hazırıq.
Mən xüsusən Milli Onkologiya Mərkəzinə təşkil olunan səfəri, buradakı heyətin əzmkarlığını və peşəkarlığını, o cümlədən mərkəzdə pasiyentlərə, eləcə də onların yaxınlarına göstərilən diqqət və qayğını, ümumiyyətlə, səhiyyə sisteminin səmərəliliyini yüksək qiymətləndirdim.
Eyni zamanda, ölkənizdə həbsxanalarda vərəmin qarşısının alınması və nəzarət məqsədilə yaradılan Əməkdaşlıq Mərkəzini diqqətdə saxlayacağıq. Çünki bu, vərəmlə mübarizə cəbhəsində unikal nümunədir. Risk qrupuna daxil olan əhaliyə xidmət kimi inklüziv yanaşma may ayında Ümumdünya Səhiyyə Assambleyasında ÜST-yə üzv dövlətlər tərəfindən qəbul edilmiş Ümumi İş Planına tam uyğun modeldir”.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova