Valyuta.com

Azərbaycan Respublikasının Prezidenti tibb işçilərini təltif etdi

Azərbaycan Respublikasının Prezidenti tibb işçilərini təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında və DSX-nin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında iki Sərəncam imzalayıb. Təltif edilənlər arasında tibb işçiləri də var. Belə ki, uzunmüddətli səmərəli fəaliyyətlərinə görə tibb xidməti polkovnik-leytenantı Vəfa Ağayevaya “Əməkdar həkim”, baş gizir Cavahir Hacıxanovaya “Əməkdar tibb işçisi” fəxri adları verilib. Tibb xidməti polkovniki Fərman Allahverdiyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə“Vətən uğrunda” medalı ilə təltif olunub.
Dövlət başçısı həmçinin Azərbaycan Respublikası Хüsusi Dövlət Mühafizə Хidmətinin (XDMX) hərbi qulluqçularının təltif edilməsi haqqında da Sərəncam imzalayıb. XDMX-nin yaranmasının 25 illiyi münasibətilə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə mükafatlandırılanlar arasında da tibb işçisi var – tibb xidməti polkovnik-leytenantı Tünzalə Məlikli “Hərbi хidmətlərə görə” medalı ilə təltif edilib.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova