Valyuta.com

Azərbaycan ilə ÜST arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə ÜST arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb.
Nazir Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığı müsbət qiymətləndirib. O, Tedros Adhanom Gebreyesusun ÜST-nin Baş direktoru vəzifəsinə seçilməsindən sonra təşkilat qarşısında müəyyənləşdirdiyi “hamı üçün səhiyyə, qadın və uşaqların müdafiəsi, təşkilat daxili islahatlar” kimi prioritetlərin təqdirəlayiq olduğunu söyləyib.
Baş direktor Tedros Adhanom Gebreyesus Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi təşkilat ilə ölkəmiz arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib, Azərbaycanın uğurlu təcrübəsinin digər üzv dövlətlər üçün də maraqlı ola biləcəyini deyib. Baş direktor Azərbaycanın dövlət xətti ilə xarici tələbələr üçün təqaüd proqramları nəzərdə tutduğunu yüksək dəyərləndirib, təşkilat çərçivəsində də səhiyyə sahəsində təhsil üzrə təqaüdlərin ayrılması imkanlarına toxunub.
Görüşdə Ümumdünya Səhiyyə Təşkilatında Azərbaycandan olan mütəxəssislərin çalışmaları və Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün hökumət səviyyəsində əlaqələndirilmiş formada aparılan fəaliyyət barədə həmsöhbətinə məlumat verib.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova