Valyuta.com

Azərbaycan ÜST ilə əməkdaşlığın daha da inkişafında maraqlıdır

Azərbaycan ÜST ilə əməkdaşlığın daha da inkişafında maraqlıdır

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakıda səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti ÜST ilə mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin möhkəmləndirilməsi üçün konkret praktiki addımların atılmasında maraqlıdır.
Azərbaycanın səhiyyə sistemindən danışan Baş nazirin müavini qeyd edib ki, ölkəmizdə bu sahənin yenidən qurulması və inkişaf etdirilməsi məqsədilə xeyli işlər görülüb. O bildirib ki, Azərbaycan hökuməti öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və həmin qurumun daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib. Baş nazirin müavininin Milli Əlaqələndirmə Şurasına sədr təyin olunması bu məsələyə olan diqqətin göstəricisidir. Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan qlobal əməkdaşlıqlara çox böyük əhəmiyyət verir. Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən tədbirlərin reallaşmasında BMT-nin verdiyi dəstək böyük önəm kəsb edir.
Görüşdə son illər Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən layihələr, tibbi sığortanın əhəmiyyəti, səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, bütün bunlar Azərbaycan vətəndaşının layiqli səhiyyə xidməti ilə təmin olunmasına hesablanıb.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus ölkəmizdə olmasından və burada gördüyü yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. Azərbaycanda səhiyyə sahəsində görülən işləri yüksək dəyərləndirdiklərini vurğulayan qonaq bunun yaxşı nəticələrə yol açacağını söyləyib. Baş direktor bu ilin Azərbaycan üçün əlamətdar olduğunu deyərək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı təbriklərini çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.шаблоны для dle 11.2





Sentyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova