Valyuta.com

Səhiyyə sahəsində Azərbaycan – İran əməkdaşlığı məsələləri müzakirə edilib

Səhiyyə sahəsində Azərbaycan – İran əməkdaşlığı məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyində İran İslam Respublikasının ölkəmizdə səfərdə olan səhiyyə və tibbi təhsil naziri Həsən Qazizadə Haşimi və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi yollarını araşdırmaq məqsədi daşıyan görüşdə həmçinin Azərbaycanda əczaçılıq sənayesi sahəsinin inkişaf etdirilməsi üçün İranın təcrübəsindən istifadə məsələləri müzakirə olunub.
Səhiyyə naziri Oqtay Şirəliyev qeyd edib ki, dost və qardaş İran ilə bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq durmadan inkişaf edir. Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi sayəsində indi Azərbaycan – İran əlaqələri yüksək dərəcədə inkişaf edib. Nazir xatırladıb ki, 2016-cı ilin fevral ayında “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq barədə Qarşılıqlı Anlaşma Memorandumu” imzalanıb. 2014-cü ilin aprel ayında Azərbaycanın və İranın tibb universitetləri arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə memorandum imzalanıb. Həmin sənədə uyğun olaraq, iki ölkənin tibb universitetləri birgə treninqlər keçirir, tələbə və müəllim mübadiləsi, yoluxucu xəstəliklərin müalicəsi sahəsində tədqiqatlar aparırlar.
O.Şirəliyev əczaçılıq sahəsində İranın təcrübəsini öyrənməyin vacibliyini də qeyd edib. O vurğulayıb ki, Bakıda əczaçılıq zavodunun təməlinin qoyulması Azərbaycan ilə İranın uğurlu əməkdaşlığına əyani sübutdur. Həmin zavod Azərbaycanda əczaçılıq sənayesinin inkişafında mühüm rol oynayacaq, yerli istehsal hesabına əhalinin keyfiyyətli dərman məhsulları ilə təmin olunmasına şərait yaradacaq, bu sahədə idxaldan asılılığı azaldacaq, ixrac potensialını artıracaq.
İran İslam Respublikasının səhiyyə və tibbi təhsil naziri Həsən Qazizadə Haşimi görüşdən məmnun olduğunu bildirərək, onun ölkəsində səhiyyənin və tibbi təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər, bu sahədə toplanmış təcrübə və qazanılmış uğurlar barədə məlumat verib, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, İranda əczaçılıq sahəsi bu ölkənin dünya bazarlarında iştirak etməsi üçün böyük potensiala malik olan sahələrdən biridir. İranlı nazir söyləyib ki, Azərbaycanın əczaçılıq sahəsində idxaldan asılılıqdan xilas olması üçün hər cür imkanı vardır və müştərək müəssisələr yaradılması Azərbaycanda dərman preparatlarının daxili istehsalını tənzimləmək üçün əla fürsətdir.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova