Valyuta.com

Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib

Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil olunur, orada vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların müsbət həlli istiqamətində tədbirlər görülür.
Tərtib edilmiş cədvələ uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Oğuz Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Oğuz, Şəki, İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib, onların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həll edilib, digərlərinin həlli ilə bağlı göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.шаблоны для dle 11.2





Sentyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova