Valyuta.com

Tedros Adhanom Gebreyesus: “Siz düzgün istiqamətdə gedirsiniz”

Tedros Adhanom Gebreyesus: “Siz düzgün istiqamətdə gedirsiniz”

Bakı şəhərində rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus səfər çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb.
Prezident İlham Əliyevin səhiyyəyə xüsusi diqqət və qayğısı barədə qonağa məlumat verən nazir son illər ölkəmizdə tibb sahəsinin yüksək inkişaf etdiyini bildirib: “Müstəqilliyimizin ilk illərində Azərbaycanda nəinki səhiyyə sistemində, ümumiyyətlə, ölkədə vəziyyət acınacaqlı idi. Belə şəraitdə ümummilli lider Heydər Əliyev vəziyyəti müsbətə doğru dəyişmək məqsədilə mühüm addımlar atmışdı. Sonralar dövlət başçısı İlham Əliyev səhiyyə sektorunun inkişafı üçün vəsait ayırdı, ildən-ilə bu sektora sərmayə qoyuluşu artırıldı. Bunun məntiqi nəticəsidir ki, hazırda ölkədə 600-dən artıq tibb müəssisəsi tam təmir olunub və ya yenidən tikilərək əhalinin istifadəsinə verilib. Yüksək standartlara uyğun bu səhiyyə ocaqları bütün lazımi tibbi avadanlıqlarla təchiz edilib, onların kadr potensialı gücləndirilib”.
Səhiyyə naziri Oqtay Şirəliyev infeksion xəstəliklərin aradan qaldırılması məqsədi ilə görülən işlər barədə də məlumat verib: “1990-cı ildən sonra ölkədə malyariya ilə bağlı vəziyyət sürətlə pisləşdi. 1996-cı ildə epidemiya ən yüksək səviyyəyə çatdı. Geniş miqyaslı əksepidemik tədbirlərdən sonra malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşdı, 2010-cu ildə cəmi 50 hadisə qeydə alındı. Bu gün isə beynəlxalq təşkilatların da dəstəyi ilə ölkəmizdə malyariyanın, həmçinin göyöskürək, parotit və digər xəstəliklərin eliminasiyasına nail olunub. Azərbaycanda uşaqların 98 faizi 11 xəstəliyə görə vaksinasiya ilə əhatə edilib”.
Nazir hazırda bütün diqqətin qeyri-infeksion xəstəliklərin profilaktika və müalicəsinə, bu sahədə yeniliklərin tətbiqinə yönəldiyini bildirib. Qeyd edib ki, ölkəmizdə açıq ürək əməliyyatları, uşaq kardiocərrahiyəsi, böyrək və qaraciyər transplantasiyası, ilik köçürmə, süni oynaq və s. kimi əməliyyatlar icra olunur. Ölkə ərazisində icbari tibbi sığortanın tətbiqindən, vətəndaşların və uşaqların icbari dispanserizasiyasından danışan səhiyyə naziri bütün bunların səhiyyə sahəsində görülən işlərin, qazanılan uğurların yalnız bir qismi olduğunu nəzərə çatdırıb. İnsanların sağlamlığının daim dövlətin diqqətində olacağını, bu yolda ÜST ilə tərəfdaşlığın davam etdiriləcəyini deyib.
Baş direktor Tedros Adhanom Gebreyesus Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Səfərinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf etməsinin onun üçün sevindirici olduğunu vurğulayıb. ÜST-nin rəhbəri Azərbaycan hakimiyyətinin bütün sahələrdə, o cümlədən səhiyyə üzrə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda israrlı olduğunu deyib: “Şadam ki, siz düzgün istiqamətdə gedirsiniz, nəzərəçarpan uğurlar əldə etmisiniz. İnkişafı daha da sürətləndirmək üçün isə dəstək lazımdır və biz bu dəstəyi verməkdən məmnunluq duyarıq. Eyni zamanda, məhz ilkin tibbi xidmət ocaqlarının yaradılması, onlara sərmayə qoyulması sahəsində təcrübənizi digər ölkələrdə tətbiq etmək istərdik.
Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması, infeksion və qeyri-infeksion xəstəliklərin aradan qaldırılması və s. kimi səhiyyənin əksər istiqamətlərinə dair tədbirlər proqramlarının tətbiqini yüksək qiymətləndiririk. Bilirik ki, sizin bu sahədə mövqeyiniz ÜST-nin mövqeyi ilə üst-üstə düşür”.
İcbari tibbi sığorta və onun tətbiqi haqqında danışan Baş direktor Azərbaycanda 3 bölgədə icra edilən pilot layihələrdən xəbərdar olduğunu söyləyib. O, ölkəmizdə icbari tibbi sığortanın universal səhiyyə paketi formasında hazırlanması istiqamətində ÜST-nin də xüsusi təkliflər vermək arzusunu nəzərə çatdırıb, qeyd edib ki, Azərbaycanda tətbiq olunacaq icbarı tibbi sığorta modeli sonralar digər dövlətlərdə də istifadə ediləcək.
Tedros Adhanom Gebreyesus Azərbaycanın bir sıra ölkələrdən olan tələbələr üçün təqaüdlər ayırmasını da yüksək qiymətləndirdiklərini deyib. Digər dövlətlərin də bu cür addımlar atmasının zəruriliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyində baş tutan görüşdə Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın Milli Əlaqələndirmə Şurasının üzvləri, habelə beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Sentyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova