Valyuta.com

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesusu qəbul edib.
Görüşdə dövlətimizin başçısı qonağı salamlayaraq, Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıqdan məmnun olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, ÜST hər zaman Azərbaycanın təşəbbüslərinə və səylərinə dəstək verib və Tedros Adhanom Gebreyesusun bu səfəri əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmlidir.
Səhiyyənin Azərbaycanda prioritet sahələrdən biri olduğunu qeyd edən dövlət başçısı son illər ölkəmizdə bu istiqamətdə böyük işlərin görüldüyünü, xeyli sayda yeni xəstəxanaların və tibb mərkəzlərinin tikildiyini vurğulayıb. Prezident İlham Əliyev məmnunluq hissi ilə söyləyib ki, hazırda Azərbaycanın hər bir şəhərində bütün lazımi tibbi xidmətləri əhatə edən, ən müasir avadanlıqla təchiz olunmuş tibb ocaqları fəaliyyət göstərir. Görülən bütün bu işlər orta yaş həddinin artması və uşaq ölümünün azalmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus, ilk növbədə, prezident seçkilərində qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik edib.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Tedros Adhanom Gebreyesus rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlıqla bağlı görülən işlərdən danışıb. Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlara, ölkəmizin hər yerində ən müasir tibb ocaqlarının inşa edilməsinə toxunan qonaq bu istiqamətdə əldə edilən nailiyyətləri Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. ÜST-nin Baş direktoru ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən yüksək dövlət qayğısından da danışaraq bildirib ki, bu sahədə Azərbaycanın təcrübəsi bir çox Avropa ölkələrinə nümunə ola bilər.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova