Valyuta.com

Prezident İlham Əliyev İranın səhiyyə və tibbi təhsil nazirini qəbul etdi

Prezident İlham Əliyev İranın səhiyyə və tibbi təhsil nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının ölkəmizdə səfərdə olan səhiyyə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir Həsən Qazizadə Haşimi İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səyləri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlər gündən-günə güclənir və möhkəmlənir.
Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Həsən Ruhaniyə çatdırmağı xahiş edib.
Dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini bildirib. O, Prezident Həsən Ruhani ilə görüşlərini məmnunluqla xatırlayaraq qeyd edib ki, bu görüşlər zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub və bununla bağlı işlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar da verilib. Prezident İlham Əliyev İran İslam Respublikasının səhiyyə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminın Azərbaycana səfərinin ölkələrimizin səhiyyə sahəsində əməkdaşlığının genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycan tərəfdən səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova