Valyuta.com

Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

Naftalanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Şəhər Mərkəzi Xəstəxanasının açılış mərasimi olub.
Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev ölkə rəhbərinə bu tibb müəssisəsində yaradılan şərait barədə məlumat verərək bildirib ki, 60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb.
Xəstəxanada cərrahiyyə, doğum bloku, hamiləliyin patologiyası və doğumdan sonrakı fizioloji şöbələr yaradılıb. Burada şüa diaqnostikası, qəbul, inzibati, poliklinika, reanimasiya, intensiv terapiya şöbələri də fəaliyyət göstərəcək. Müəssisənin laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz olunub, bu da laborator müayinələri yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə aparmağa imkan verir. müasir tibbi avadanlıqla təmin edilib. Xəstəxananın bütün şöbələrində, əməliyyat blokunda ən müasir tibb avadanlıqları quraşdırılıb.
Tibb müəssisəsində əsas korpus, keçid məntəqəsi, transformator yarımstansiyası, qazanxana və nasosxana binaları, oksigen stansiyası, dizel generator meydançası və stansiyası yaradılıb.
Dünyanın aparıcı şirkətlərinin müasir tibbi avadanlığı ilə təchiz edilmiş Naftalan Şəhər Mərkəzi Xəstəxanası kimi müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız bu şəhərin sakinlərinə deyil, eyni zamanda, regionun əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verəcək.
Xəstəxana binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə müəssisəsinin kollektivi ilə görüşüb.
Tibb işçilərini salamlayan dövlət başçısı Naftalan Şəhər Xəstəxanasının açılışı münasibətilə onları təbrik edib: “Çox gözəl xəstəxanadır. İndi xəstəxana ilə tanış oldum. Görürəm ki, bütün işlər yüksək səviyyədə təşkil edilib. Şadam ki, bu xəstəxana istifadəyə verilir. Bu xəstəxananın tikintisi mənim təşəbbüsümlə həyata keçirildi. Naftalan şəhərinin müasir tibb ocağı olmalı idi və şadam ki, biz buna nail olduq. Həm xarici görünüşü, həm də daxili tərtibatı gözəldir və əlbəttə ki, şərait də yaxşıdır. Bütün lazımi avadanlıqlar var, ən yüksək standartlar tətbiq olunur. Burada yüksək tibbi xidmət göstərmək üçün bütün şərait yaradılıb. On iki şöbə var. Demək olar ki, bütün şöbələr fəaliyyət göstərəcək. Həm şəhər sakinlərinə, həm də Naftalana gələn qonaqlara yüksək xidmət göstəriləcəkdir.
Bu xəstəxananın tikintisi son illər ərzində səhiyyə sahəsinə ayrılan diqqətin və qoyulan vəsaitin təzahürüdür. Səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində böyük işlər görülüb. Son 15 ildə 600-dən çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub. Biz, demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq.
Bu ilin Dövlət İnvestisiya Proqramında 6 şəhər xəstəxanasının açılışı nəzərdə tutulur. Onların sırasında birinci Naftalan xəstəxanasıdır. Ümid edirəm ki, ilin sonuna qədər digər beş şəhərdə də xəstəxanaların açılışı təmin ediləcək. Beləliklə, Azərbaycanın bütün şəhərlərində ən müasir tibb mərkəzləri yaradılmış olur. Bu, bir neçə il bundan əvvəl qarşımıza qoyduğumuz məsələlərdən biri idi. Biz bu məqsədə çatmaq üçün ardıcıllıqla böyük işlər görürük.
Əlbəttə ki, bunlar böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır. Sosial məsələlər bizim siyasətimizin əsas prioritetidir. Ona görə siyasi iradəmiz də, texniki imkanlarımız da var. Bütün səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülübdür.
Azərbaycanda tibbi xidmətin səviyyəsi artır. Mənim təşəbbüsümlə bir neçə il ərzində artıq kütləvi müayinədən keçmə proqramı həyata keçirilir. Mən əvvəlki illərdə bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bildirmişdim, demişdim ki, hər bir vətəndaş ildə heç olmasa bir dəfə gərək tibbi müayinədən keçsin. İndi bunu etmək üçün hər bir rayonda bütün imkanlar var. Dövlət öz dəstəyini göstərərək bu işləri təşkil edir. Bu il keçən ildəki kimi, 5 milyondan çox Azərbaycan vətəndaşı bu imkandan istifadə edib. Müayinə zamanı vətəndaşlarda aşkar olunan xəstəliklər sonra ixtisaslaşmış mərkəzlərdə müalicə edilir.
İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanmışdır. Artıq iki şəhərdə bu sistem mövcuddur və biz bu sistemin üstünlüklərini görürük. Biz səhiyyə sistemimizi tədricən bu istiqamətdə inkişaf etdirəcəyik. Biz növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik.
İnsan sağlamlığı ən vacib məsələlərdən biridir. Azərbaycanda insan sağlamlığını təmin etmək, sağlamlığı qorumaq, profilaktik tədbirlər görmək üçün kompleks işlər aparılır. Bundan sonra da bu işlərin görülməsi üçün yaxşı şərait var, o cümlədən Naftalan şəhərində. Xəstəxana eyni zamanda həkimlərin iş yeridir. Hesab edirəm ki, hər bir həkim, hər bir tibb işçisi üçün belə şəraitdə işləmək xüsusi zövq verir”.
Prezident İlham Əliyev Naftalan şəhərinin sürətlə gedən ümumi inkişafından, on il əvvəl bu şəhərə ilk gəlişindən, o vaxtdan indiyədək görülən işlərdən danışıb. Bildirib ki, indi Naftalan nəinki ölkəmizin, dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilir: “Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır. O cümlədən müalicəvi turizmin inkişafı üçün bizdə bütün imkanlar var, həm Naftalanda, həm digər şəhərlərdə. Belə şəraiti olan şəhərdə əlbəttə ki, qonaqların sayı artmalıdır”.
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının həkimi Tünzalə Səfərova çıxış edərək, səhiyyə işçiləri adından dövlət başçısını salamlayıb: “Bu gün bizim üçün çox əlamətdar bir gündür. Sizin tapşırığınızla şəhərimizdə inşa edilmiş bu yeni xəstəxana binasını istifadəyə verirsiniz. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş bu xəstəxana əhalimizin sağlamlığının qorunmasına və onların daha yaxşı tibbi xidmət almalarına böyük kömək göstərəcək. Bu gün elə bir bölgəmiz yoxdur ki, orada yeni-yeni səhiyyə obyektləri tikilməsin və ya istifadəyə verilməsin. Bu səhiyyə obyektlərinin tikilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz bütün siyasətinizlə ümumbəşəri dəyərlərə sadiq qaldığınızı bir daha nümayiş etdirirsiniz. Açılışında iştirak etdiyiniz bu yeni tibb müəssisəsi də vətəndaşlarımızın sağlamlığının qorunmasına və onların daha yaxşı tibbi xidmət almalarına böyük kömək göstərəcək. Sizin tapşırığınızla hər il icra etdiyimiz vətəndaşların ödənişsiz tibbi müayinəsi bu geniş səhiyyə ocağında daha yaxşı və mütəşəkkil şəkildə həyata keçiriləcək. Gördüyünüz bütün bu işlərə görə xalqımız məhz Sizə - öz Prezidentinə bir daha inanır və dərindən rəğbət bəsləyir. Bütün bu işlərə görə Sizə və Sizin ən yaxın silahdaşınız olan Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edərək, salamlarımızı hörmətli Mehriban xanıma çatdırmağınızı xahiş edirik. Sağ olun, var olun. Allah Sizi və ailənizi qorusun”.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova