Valyuta.com

Qanunvericiliyə dəyişikliklər edildi

Qanunvericiliyə dəyişikliklər edildi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman verib. Sənəddə bildirilir ki, dövlət başçısının “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədi ilə “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilir.
Ölkə rəhbərinin digər bir Fərmanı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Fərmanında eyni məqsədlə dəyişikliklər edilib. Belə ki, Əsasnamənin 8.6-cı bəndindən “yeyinti məhsulları və” sözləri çıxarılıb, “istehlak mallarının” sözlərindən sonra “(qida məhsulları istisna olmaqla)” sözləri əlavə edilib. 9.3-cü bənddən isə “qanunvericiliyə uyğun olaraq uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq” sözləri çıxarılıb.
Hər iki Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Prezident İlham Əliyevin daha bir Fərmanı “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqındadır. Bu sənədə əsasən, layihənin 3.2-ci bəndi aşağıdakı redaksiyada verilir: “Pilot layihə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-də, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə 2018-ci il fevralın 17-də başlayır və 2019-cu il fevralın 1-də başa çatır”.
Azərbaycan Respublikası Prezidentinin daha bir Fərmanı ilə dövlət başçısının “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında da müvafiq dəyişiklik edilib.
Dövlət başçısı Milli Məclisin “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikləri də təsdiqləyib. Qanunun 4.0.8-ci və 18.0.3-cü maddələrində “maddələrin” sözündən sonra “və onların prekursorlarının” sözləri əlavə edilib.
Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər də təsdiq olunub. Dəyişikliklərə əsasən, Qanunun 21-ci maddəsinin adı “Narkotik vasitələrin, psixotrop maddələrin, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarı” redaksiyasında verilir, 21.3-cü maddəyə redaktə xarakterli dəyişiklik olunur. 22.2-ci maddə ləğv edilir. 26.6-cı maddəyə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi” sözlərindən sonra “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi” sözləri əlavə olunur. 27.2-ci maddədə “tibbi rəyi” sözləri “həkim-məsləhət komissiyasının rəyi” sözləri ilə əvəz edilir.
Dəyişikliklər olunan daha bir sənəd “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu Qanunun 5.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Sosial reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yayımlanır”.
Azərbaycan Respublikasının Prezidenti hər üç Qanunun tətbiqi haqqında Sərəncam imzalayıb.шаблоны для dle 11.2





İyul 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova