Valyuta.com

Sən elə bir zirvəsən...

Sən elə bir zirvəsən...

Elə şəxsiyyətlər var ki, əməlləri ilə öz adını xalqın tarixinə əbədi olaraq həkk edir. Zaman keçdikcə, onun böyüklük və əzəməti daha aydın görünür, göstərdiyi yol, verdiyi məsləhətlər nəsillərin həyatına işıq saçır. Ümummilli lider Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Ulu öndərin 95 illiyi bütün ölkəmizdə, o cümlədən səhiyyə ocaqlarında, tibb təhsili müəssisələrində geniş qeyd edilib.


Gənc alim və rezidentlərin elmi-praktiki konfransı


Dahi siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz yeri barədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ), gənc alim və rezidentlərin ümummilli liderin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktiki konfransında danışılıb.
Tədbiri institutun rektoru, professor Nazim Qasımov açaraq, ulu öndərin Azərbaycan tarixində xilaskar rolundan və çoxcəhətli fəaliyyətindən ətraflı bəhs edib. Qeyd olunub ki, onun müdrik və uzaqgörən addımları digər sahələrdə olduğu kimi, səhiyyə sistemini də böyük tərəqqi və inkişaf yoluna çıxarıb. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə səhiyyəsi daha böyük uğurlara doğru gedir.
Konfrans öz işini ADHTİ-nin gənc alim və rezidentlərinin öz elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanan çıxışları ilə davam etdirib. Sinir xəstəlikləri, Mamalıq və ginekologiya, II Ümumi cərrahiyyə, Psixiatriya və narkologiya, Onkologiya kafedralarının əməkdaşlarının təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələri dinlənilib, mövzular ətrafında diskussiyalar aparılıb.

“Dünənim, bu günümsən, səninlədir gələcək”


Azərbaycan Tibb Universitetində (ATU) ulu öndərin 95 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gəray Gəraybəyli ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə onu geridə qalmış aqrar ölkədən qabaqcıl texnologiya, sənaye və mədəniyyət ölkəsinə çevirməsindən, ötən əsrin 90-cı illərində ikinci qayıdışında isə müstəqilliyin möhkəmləndirilməsi yolunda çəkdiyi zəhmət, göstərdiyi çox böyük xidmətlərdən bəhs edib. O qeyd edib ki, məhz ulu öndərin diqqət və qayğısı sayəsində ölkəmizdə yüzlərlə xəstəxana, klinika, müalicə müəssisəsi yaradılıb, yeni tibbi texnologiyalar səhiyyə ocaqlarının istifadəsinə verilib.
Milli Məclisin deputatı, Nəsimi Rayon Yeni Azərbaycan Partiyasının sədri Məlahət İbrahimqızı Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanı ağır siyasi və hakimiyyət böhranından xilas etməsindən danışıb, ulu öndərin xalqımız, millətimiz qarşısındakı əvəzsiz xidmətlərini yada salıb.
ATU-nun I Daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanov dahi rəhbərin tibb ictimaiyyəti ilə görüşləri barədə danışıb, həmin tədbirlərdə verdiyi məsləhət və tövsiyələri xatırladıb.
Universitetin tələbəsi Pəri Məhərrəmova ulu öndərin təhsilə, gənc kadrların, xüsusilə tibb mütəxəssislərinin hazırlığına böyük əhəmiyyət verməsi, yetişməkdə olan nəslin varislik, ata-babaların ən yaxşı adət-ənənələri ruhunda tərbiyə olunmasına göstərdiyi diqqət və qayğı barədə danışıb.
Tədbirdə ümummilli lider haqqında çəkilmiş film nümayiş olunub.
ATU-da keçirilmiş digər tədbirdə - “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfransda ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Tural Əzizov Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında ulu öndərin misilsiz xidmətlərindən, onun gənclərə xüsusi diqqət və qayğısından danışıb.
Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ümummilli liderin nəsillərə örnək olan fəaliyyətindən söz açıb. Bildirib ki, gənclərimizin Azərbaycanda ehtiyac olan ixtisaslar üzrə keçmiş SSRİ məkanında yüksək təhsil alaraq peşəkar kadrlar kimi Vətənə qayıtması ulu öndərin adı ilə bağlıdır. Prorektor ATU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi və universitet klinikalarının yaradılmasında da Heydər Əliyevin xüsusi diqqət və qayğısını vurğulayıb.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə baş tutan konfransda ATGTİ sədrinin müşaviri Hüseyn Babayev ulu öndər tərəfindən bünövrəsi qoyulan gənclər siyasətinin uğurlarından danışıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin çıxışlarından fraqmentlərdən ibarət videoçarx nümayiş olunub.
Daha bir tədbirdə - Tələbə Elmi Cəmiyyətinin konfransında bu ali məktəbin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın inkişafı naminə görülmüş mühüm tədbirlərin əhəmiyyətindən söz açıb.
ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb.
Sonra yerli və xarici tələbələrin Heydər Əliyevə həsr olunmuş məruzələri dinlənilib.
Konfransın yekununda ən maraqlı, səlis və məntiqli çıxış edən tələbələr mükafatlandırılıblar.

“Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında keçirilmiş, “Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfransda filialın rektoru, professor Əziz Əliyev bu tədbiri Azərbaycan xalqının ümummilli liderin xatirəsinə ehtiramının əlaməti adlandırıb, ulu öndərin həyat və fəaliyyətindən, müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə onun müstəsna xidmətlərindən danışıb. O vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda elmə və təhsilə həmişə diqqət və qayğı göstərib, ölkəmizdə səhiyyənin inkişafına, tibbi kadrların hazırlanmasına böyük əhəmiyyət verib.
Sonra Seçenov Universitetinin Bakı filialının tələbələrinin məruzələri dinlənilib.
Tədbirin sonunda tələbələrə diplomlar təqdim edilib.

“Qədəmin dəyən yerdə səhralar da gül açır”


Bakı 1 nömrəli Tibb Kollecində kollec tələbələrinin əl işlərindən – rəsm əsərləri və güllərdən ibarət sərgi keçirilib. Tədbir iştirakçıları rəngarəng, al-əlvan, zövq oxşayan gül rəsmləri və gül kompozisiyalarına tamaşa edəndən sonra kollec tələbələrinin iştirakı ilə konsert proqramını izləyiblər. Konsertdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev, Vətən və xalq haqqında musiqi nömrələri səsləndirilib.
Sonra ulu öndərə həsr edilən film nümayiş olunub.


Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir


Mərkəzi Kliniki Xəstəxanada (MKX) keçirilən tədbirdə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra MKX-nın baş direktoru İxtiyar Sultanov ulu öndərin həyat və fəaliyyəti barədə danışıb.
Tədbirdə MKX-nın həkimi Ofelya Hümbətova mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib.
Sonda ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.шаблоны для dle 11.2





İyul 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova