Valyuta.com

Səhiyyə üzrə Azərbaycan-Serbiya Memorandumu imzalandı

Səhiyyə üzrə Azərbaycan-Serbiya Memorandumu imzalandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç imzalayıblar.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və Serbiya Respublikasının səhiyyə naziri Zlatibor Lonçar imzalayıblar.
Həmçinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” Memorandum, iki dövlətin hökumətləri arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında, beynəlxalq avtomobil daşımaları haqqında, hava əlaqələri haqqında sazişlər də imzalanıb.шаблоны для dle 11.2





May 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova