Valyuta.com

I Türk Dünyası Ortopedik və Travmatoloji Konqresi

I Türk Dünyası Ortopedik və Travmatoloji Konqresi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təşkilatçılığı ilə Bakıda iki günlük I Türk Dünyası Ortopedik və Travmatoloji Konqresi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə türk dünyasının böyük övladları – ulu öndər Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Konqresin həmsədrləri – Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor İlqar Qasımov və Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin nümayəndəsi, Türkiyənin “Baltalimanı” xəstəxanasının baş həkimi, professor Vedat Şahin çıxış edərək, tədbirin türk dünyası üçün əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, konqresin təşkili ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət” kəlamını bir daha təsdiqləyir.
Diqqətə çatdırılıb ki, tədbirdə türkdilli ölkələrdən 80-dən çox məşhur ortoped və travmatoloq iştirak edir. İki gün ərzində konqresdə müvafiq sahə üzrə dünya praktikasındakı yeniliklər haqqında geniş informasiya verilib. Bilik və cərrahi vərdişləri bir araya gətirmək cəhdi travmatoloqlara nəzəriyyəni təcrübədə tətbiq etməyə və sınıqların müalicəsində daha yaxşı nəticələr qazanmağa imkan yaradır.
Konqresin uşaq ortopediyasına həsr edilən birinci günündə travmalar, onların yaranması, anadangəlmə qüsur və digər məsələlər müzakirə edilib. Tədbirin ikinci günündə hərəkət funksiyalarının bərpası məqsədilə oynaqların patologiyasının operativ müalicə metodları müzakirə olunub.
Diaqnostika sahəsində təcrübə mübadiləsi aparmaq, cərrahi müdaxilənin optimal yollarını müəyyənləşdirmək məqsədi ilə keçirilən tədbir tematik sessiyalarla davam edib. İlqar Qasımov, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun professoru Qələndər Canbaxışov və başqa ekspertlər ağır sümük zədələrinin müalicəsində öz təcrübələrini bölüşüblər.шаблоны для dle 11.2





Iyun 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova