Valyuta.com

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna dəyişikliklər edildi

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi ““Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunu imzalayıb.
Bu sənədə əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 14-cü maddəsinin ikinci abzasında “dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri ilə əvəz edilir. 20-ci maddə ləğv edilir. 27, 28, 34 və 39-cu maddələrdə bəzi söz və ifadələr çıxarılır, bəziləri əlavə edilir.
Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Prezident İlham Əliyev yeni Qanunun tətbiqi haqqında Fərman da verib.
Sənəddə Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə qanunların və normativ hüquqi aktların bu dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı tapşırıqlar verilir.
Fərmanla həmçinin müəyyən edilir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisinə və yenidən qurulmasına dair layihələrə münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. Fərmanın bu bəndi də 2018-ci il iyulun 1-dən qüvvəyə minir.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova