Valyuta.com

Tibb işçiləri təltif edildilər

Tibb işçiləri təltif edildilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup şəxsin təltif olunması barədə iki sərəncam imzalayıb.
Bunlardan birinci sənədə əsasən, Azərbaycan Respublikasında təhsil, səhiyyə, mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə fəxri adlar alanlar arasında tibb işçisi də var. Belə ki, Ordubad rayonu, Dəstə kənd Həkim Ambulatoriyasının baş həkimi Xırda Ağayevaya “Əməkdar həkim” fəxri adı verilib.
“Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamla ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə mükafatlandırılanlar arasında da tibb işçiləri var. Bunlar Nina Abdullayeva (Şərur RMX), Nərmin Ağabəyova (Salyan RMX), Aida Bayramova (Bakı şəhəri 19 nömrəli Uşaq Poliklinikası), Rahilə Dadaşova (Beyləqan RMX), Təranə Əmirova (İmişli RMX), Bənövşə Heydərova (Zəngilan RMX), Məhəbbət İbrahimova (Kliniki Tibbi Mərkəz), Məlahət İbrahimova (Bakı şəhəri 11 nömrəli Uşaq Poliklinikası), Gülər İsgəndərova (Cəlilabad RMX), Mehparə Kazımova (Kəlbəcər RMX), Afayət Köçərli (Goranboy rayon GEM), Çiçək Quliyeva (Xocalı RMX), Cəmilə Qurbanova (Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu), İradə Məmmədova (Oğuz RMX), Xatirə Murtuzayeva (Bakı şəhəri 7 nömrəli Doğum Evi), Rəna Mustafayeva (Bərdə RMX), Gültəkin Rəhimova (Şuşa RMX), Sevinc Sadıxova (Ağdam rayon Göz Xəstəxanası), Nüşabə Seyidova (Şəmkir RMX), Yeganə Sultanova (Respublika Endokrinoloji Mərkəzi) və Firəngiz Şirəliyevadır (Bakı şəhər Uşaq Nevroloji Xəstəxanası).
Prezident İlham Əliyevin daha iki sərəncamı ilə təltif edilən Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının arasında da tibb işçiləri var. Belə ki, Şəmsəddin Səftər oğlu Heydərova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə “Əməkdar həkim” fəxri adı verilib. Tibb xidməti polkovnik-leytenantı Əjdər Məclum oğlu Ağacanov isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.шаблоны для dle 11.2





İyul 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova