Valyuta.com

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olublar.
Mehriban xanım Əliyevaya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bugünədək görülən işlər, xəstələrin müalicəsi barədə məlumat verilib.
Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov 2009-cu ildən istifadəyə verilən Mərkəzin bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynadığını, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Talassemiya Mərkəzində və bütünlükdə ölkədə talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində görülən işlər, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün həyata keçirilən tədbirlər bu xəstələrin müalicəsində, eyni zamanda, xəstəliyin profilaktikasında əhəmiyyətli rol oynayır.
Azərbaycan Prezidentinin imzaladığı müvafiq Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verilməsinin Mərkəzin fəaliyyətinin genişləndirilməsi və talassemiyalı xəstələrlə yanaşı, digər qan xəstələrinə xidmət göstərilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək, onların müalicəsinin gedişi ilə maraqlanıblar.
Mehriban Əliyeva səhiyyə və sosial məsələlərin Heydər Əliyev Fondunun fəaliyyətində prioritet təşkil etdiyini, bu baxımdan da talassemiyalı xəstələrin müalicəsinə, bu xəstəliyin profilaktikası və maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz dəstəyini verdiyini bildirib.шаблоны для dle 11.2





İyul 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova