Valyuta.com

Səhiyyə naziri dünya çempionatında tibb xidmətinin təşkilinə dair əmr imzalayıb

Səhiyyə naziri dünya çempionatında tibb xidmətinin təşkilinə dair əmr imzalayıb

Səhiyyə naziri Oqtay Şirəliyev 2018-ci ildə velosiped idmanının “BMX Racing” növü üzrə Bakı şəhərində keçirilməsi planlaşdırılan dünya çempionatının təşkilinə dair əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sənəddə BMX (Velopark) stadionunda tibb məntəqəsinin yaradılması və yarış zamanı tibb xidmətlərinin göstərilməsi, çempionat iştirakçılarının və qonaqların yaşayacaqları yerlərdə təcili tibbi yardım maşınlarının növbətçiliyinin təmin edilməsi kimi tapşırıqlar əks olunub.
Əmrdə həmçinin müəyyən edilir ki, çempionatın keçiriləcəyi müddət ərzində iştirakçıların və qonaqların hospitalizasiyaya ehtiyacı olduğu hallarda onların Bakı şəhər Kliniki Tibbi Mərkəzində yerləşdirilməsi nəzərdə tutulur. Sənəddə digər tibb müəssisələrinə müraciət olunan zaman çempionat iştirakçılarına və qonaqlara yüksək səviyyəli tibbi yardım göstərilməsi, nümayəndə heyətləri üçün nəzərdə tutulmuş mehmanxanalarda sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarətin artırılması, stadionda tibbi xidmət üçün zəruri avadanlıq və tibbi ləvazimatlarla təminat və s. məsələlərlə bağlı tapşırıqlar verilir.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova